Gündəm

Bakıda pulsuz hepatit müayinələri keçiriləcək

26 İyul 2016 13:43

28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü münasibəti ilə iyulun 28-30-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək.

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26 İyul 2016 13:42

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) "ANS Müstəqil Yayım və Media" Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

Türkiyədə dövlət çevrilişinə cəhd edənlərin "WhatsApp" yazışması nəşr edilib

26 İyul 2016 13:41

"Bellingcat" beynəlxalq tədqiqat qrupu Türkiyədə dövlət çevrilişinə cəhd edən üsyançıların "WhatsApp" yazışmalarını nəşr edib.

Fransada 6 nəfəri girov götürən şəxslər zərərsizləşdirildi

26 İyul 2016 13:39

Fransanın şimalındakı Sent-Etyen-dyu-Ruvre şəhərciyində bıçaqla silahlanmış iki nəfər kilsədə bir neçə nəfəri girov götürüb.

Gülənin YENİ PLANI - Daha bir ölkədə qiyam hazırlanır?

26 İyul 2016 13:37

Türkiyədə 15 iyul dövlət çevrilişi planı Orta Asiyada, xüsusilə Qırğızıstanda baş verə bilər.

TQDK-dan keçid balları haqqında açıqlama

26 İyul 2016 13:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları haqqında açıqlama verib.

Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin səlahiyyət müddəti 5 ildən az ola bilər

26 İyul 2016 13:31

Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə rəy verilməsinə dair Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun qərarında deyilir.

Allahşükür Paşazadə: “Ölkədə milli, dini, məzhəb münasibətlərində problemin olmaması bəzi qüvvələri narahat edir"

26 İyul 2016 13:28

Bismillahir-rəhmanir-rəhim! Şükürlər olsun ki, Azərbaycanda dini durum sabitdir. Dini icmalar öz fəaliyyətlərini həyata keçirir,  dövlətin qayğı və yardımı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda dini vacibatlarını yerinə yetirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanır. Dindarlar dövlətin diqqətindən, dövlət başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə olan özəl ehtiramından razıdırlar.

DİN-dən yanğınla bağlı açıqlama

26 İyul 2016 13:24

Daxili İşlər Nazirliyi (DİN) Suraxanı rayonu, “Yeni Günəşli” V yaşayış sahəsində 9 mərtəbəli binadakı mənzildə baş verən yanğınla bağlı məlumat yayıb.

Macarıstanda Turan Qurultayı keçiriləcək

26 İyul 2016 13:21

Azərbaycan nümayəndə heyəti Macarıstanda böyük Turan qurultayına qatılacaq. Bu barədə “OLAYLAR”-ı məlumat verən ATXƏM-in icra katibi İlqar İlkin deyib ki, Macarstanda fəaliyyət göstərən Macar Turan Fondu iki ildən bir paytaxt Budapeşt şəhərində Böyük Turan Qurultayı təşkil edir: “Macarstan dövləti tərəfindən dəstəklənən növbəti Qurultay 12-15 avqust 2016-cü il tarixində Macarstanın Buğac bölgəsində gerçəkləşəcək. Qurultayı təşkil edən Macar Turan Fondu Turk xalqlarının və onların diaspora təşkilatları arasında birliyinin yaranması üçün böyük işlər görməkdədir. Macar Turan Fondu bu Qurultayda iştirak etmək üçün Azərbaycandan da 26 nəfərdən ibarət böyük nümayəndə heyəti dəvət edib. Dünyanın dörd bir tərəfindən yüzlərlə təşkilat və diaspora təşkilatlarının rəhbərlərinin qatıldığı bu Qurultay Azərbaycan həqiqətlərinin tanıdılması və müxtəlif xalqların diaspora təşkilatları arasında ikitərəfli əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir”.

Qubada gənclərin ideya yarmarkası keçirilib

26 İyul 2016 13:19

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində Quba rayonunda gənclərin ideya yarmarkasını keçirib.

Çavuşoğlu təsdiqlədi: “Ermənistanla barışıq prosesinə yenidən başlamaq imkanları müzakirə olunub”

26 İyul 2016 13:15

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən əvvəl Ermənistanla münasibətlərin normallaşması prosesinə yenidən başlamaq imkanları Bakıda müzakirə olunub.

İstanbulun sabiq valisi saxlanıldı

26 İyul 2016 13:13

Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu saxlanılıb.

Nazir aztəminatlı ailələrə ümid və vəd verdi

26 İyul 2016 13:12

Bu ilin ilk yarısında qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,1 faiz artım qeydə alınıb. Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub, əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz çoxalıb.

Dünya mətbuatı Azərbaycanda keçiriləcək Referendumdan yazır

26 İyul 2016 13:10

Azərbaycanda keçiriləcək referendumla bağlı dünya mətbuatı da öz səhifələrində geniş yer ayırmaqdadır. Bir sıra dövlətlərdə fəaliyyət göstərən nüfuzlu qəzet və aparıcı informasiya saytları verilən qərarla bağlı məlumatlar və analitik yazılar dərc edirlər. Xüsusilə Türkiyə və Rusiya mətbuatı bu barədə geniş xəbərlər verməkdədirlər.