Macarıstanda Turan Qurultayı keçiriləcək
Azərbaycan nümayəndə heyəti Macarıstanda böyük Turan qurultayına qatılacaq. Bu barədə “OLAYLAR”-ı məlumat verən ATXƏM-in icra katibi İlqar İlkin deyib ki, Macarstanda fəaliyyət göstərən Macar Turan Fondu iki ildən bir paytaxt Budapeşt şəhərində Böyük Turan Qurultayı təşkil edir: “Macarstan dövləti tərəfindən dəstəklənən növbəti Qurultay 12-15 avqust 2016-cü il tarixində Macarstanın Buğac bölgəsində gerçəkləşəcək. Qurultayı təşkil edən Macar Turan Fondu Turk xalqlarının və onların diaspora təşkilatları arasında birliyinin yaranması üçün böyük işlər görməkdədir. Macar Turan Fondu bu Qurultayda iştirak etmək üçün Azərbaycandan da 26 nəfərdən ibarət böyük nümayəndə heyəti dəvət edib. Dünyanın dörd bir tərəfindən yüzlərlə təşkilat və diaspora təşkilatlarının rəhbərlərinin qatıldığı bu Qurultay Azərbaycan həqiqətlərinin tanıdılması və müxtəlif xalqların diaspora təşkilatları arasında ikitərəfli əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir”.
26 İyul 2016 13:21 SosialAzərbaycan nümayəndə heyəti Macarıstanda böyük Turan qurultayına qatılacaq. Bu barədə "OLAYLAR"-ı məlumat verən ATXƏM-in icra katibi İlqar İlkin deyib ki, Macarstanda fəaliyyət göstərən Macar Turan Fondu iki ildən bir paytaxt Budapeşt şəhərində Böyük Turan Qurultayı təşkil edir: "Macarstan dövləti tərəfindən dəstəklənən növbəti Qurultay 12-15 avqust 2016-cü il tarixində Macarstanın Buğac bölgəsində gerçəkləşəcək. Qurultayı təşkil edən Macar Turan Fondu Turk xalqlarının və onların diaspora təşkilatları arasında birliyinin yaranması üçün böyük işlər görməkdədir. Macar Turan Fondu bu Qurultayda iştirak etmək üçün Azərbaycandan da 26 nəfərdən ibarət böyük nümayəndə heyəti dəvət edib. Dünyanın dörd bir tərəfindən yüzlərlə təşkilat və diaspora təşkilatlarının rəhbərlərinin qatıldığı bu Qurultay Azərbaycan həqiqətlərinin tanıdılması və müxtəlif xalqların diaspora təşkilatları arasında ikitərəfli əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir".
Qeyd edək ki, Azərbaycandan dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar və sənətçilərdən ibarət nümayəndə iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin Macarstanın rəsmi dövlət və hökumət qurumları ilə görüşü də nəzərdə tutulur.