DİN-dən yanğınla bağlı açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Suraxanı rayonu, “Yeni Günəşli” V yaşayış sahəsində 9 mərtəbəli binadakı mənzildə baş verən yanğınla bağlı məlumat yayıb.
26 İyul 2016 13:24 SosialDaxili İşlər Nazirliyi (DİN) Suraxanı rayonu, "Yeni Günəşli" V yaşayış sahəsində 9 mərtəbəli binadakı mənzildə baş verən yanğınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, hadisə iyulun 25-də saat 21 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsində yaşayan Valentina Zaqayevskayanın mənzilində yanğın baş verib. Nəticədə 54 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Xəsarət almış V.Zaqayevskayaya, nəvələri Nərminə və Kamrana xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00