Qubada gənclərin ideya yarmarkası keçirilib

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində Quba rayonunda gənclərin ideya yarmarkasını keçirib.

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi "Region gənclərinin inkişafına dəstək" layihəsi çərçivəsində Quba rayonunda gənclərin ideya yarmarkasını keçirib. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, Quba və ətraf rayonlarda böyük marağa səbəb olan ideya yarmarkasının məqsədi region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsinə kömək etməkdir. İdeya yarmarkasının giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisinin rəhbəri İnqilab Fərzəliyev tədbir barədə məlumat vermiş, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin bütün region gənclərinə, o cümlədən Quba və ətraf rayonlarda yaşayan və təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərdiyini vurğulamışdır. O, bu cür tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini və Mərkəz tərəfindən gənclərin səmərəli təşəbbüslərinə dəstək verəcəklərini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00