Gündəm
CAS rusiyalı kanoeçinin Rio-2016-dan kənarlaşdırılması ilə bağlı verdiyi apellyasiyanı təmin etməyib
İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı kanoeçi Aleksey Korovaşkovun Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları-2016-dan kənarlaşdırılması ilə bağlı verdiyi apellyasiyanı rədd edib.
Yoahim Löv həyat yoldaşından boşanıb
Almaniya millisinin baş məşqçisi Yoahim Löv həyat yoldaşı ilə boşanmağa qərar verib. Apasport.az saytının məlumatına görə, bu xəbəri Almaniyanın “Bild” nəşri yayıb.
ABŞ-ın Azərbaycanda yeni səfir müavini təyin olunub
ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni səfir müavini təyin olunub.
Məhkəmə saxta pul kəsməkdə təqsirləndirilən Belçika vətəndaşlarının cəzalarını azaldıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən Belçika vətəndaşları - Maput Martial və Hongla Samuelin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Rio-2016"nın trek yarışlarında yeni rekord
"Rio-2016"da daha bir dünya rekordu qeydə alınıb. SİA-nın məlumatına görə, Braziliyada təşkil olunan XXXI Yay Olimpiya Oyunlarındakı 12-ci rekord velosiped idmanında yenilənib. Trek yarışlarında çıxış edən Böyük Britaniyanın qadınlardan ibarət komandası tarixi nəticə göstərib. Təsnifat mərhələsində qalib olan britaniyalılar 4000 m məsafəni 4 dəqiqə 13,260 saniyəyə qət ediblər. Əvvəlki rekord isə 2015-ci ilin fevralında Avstraliya yığması tərəfindən müəyyənləşdirilmişdi.
Dağıstanda iki polis əməkdaşı öldürülüb
Rusiyanın Dağıstan Muxtar Respublikasının İzberbaş şəhəri yaxınlığında odlu silahdan açılan atəş nəticəsində Yol Patrul Xidmətinin iki əməkdaşı öldürülüb.
İspaniyada ticarət mərkəzində atışma olub, 2 nəfər yaralanıb
İspaniyanın Saraqosa şəhərində yerləşən ticarət mərkəzində baş verən atışma nəticəsində 2 nəfər ağır yaralanıb.
Deputat: “Sarkisyanın bəyanatı mövqelərini möhkəmlətməyə yönəlib”
“Əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda birtərəfli güzəştlərdən söhbət getmir. Burada Azərbaycanın da edəcəyi güzəştlər təklif olunur. Məsələn, işğal olunmuş rayonların azad olunması əvəzində kommunikasiya xətlərinin açılması, Rusiyadan Azərbaycana keçərək Ermənistana gedən dəmir yolunun açılması - bütün bunlar Azərbaycan tərəfdən ediləcək böyük güzəştlərdir”. Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.
Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibini yeniləyib
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) tərkibini yeniləyib.
Türkiyə Yunanıstandan qaçan hərbi attaşelərlə bağlı İtaliyaya nota verib
Türkiyə nota verib.
Sarkisyan Moskvadakı himayədarını itirdi
Serj Sarkisyan Moskvadakı humayədarını itirdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri” tərəfindən ötən ay 19990 müraciət cavablandırılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri” tərəfindən nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək qanunvericiliyi, sosial təminat, pensiya və müavinət təyinatı, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, məşğulluğun təminatı, sosial sığorta və s.) əlaqədar müraciətlərin operativ və dolğun şəkildə cavablandırılması təmin olunur.
Zakir Həsənov Rusiyaya gedib
Avqustun 12-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskva şəhərinə işgüzar səfərə gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, müdafiə naziri, general-polkovnik Z. Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə işgüzar səfərə gedib.
“Şıx” sanatoriyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub
Avqustun 12-də “Şıxov” sanatoriyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.














