Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibini yeniləyib

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) tərkibini yeniləyib.

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) tərkibini yeniləyib.

"Novosti" xəbər verir ki, fərmanın mətnini Kremlin mətbuat xidməti yayıb.

V.Putinin imzaladığı fərmanda Rusiya Federasiyası prezidentinin Sibir Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi S.İ.Menyaylo, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini R.Q.Nurqaliyev, Rusiya Federasiyası prezidentinin Şimal-Qərb Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi N.N.Tsukanovun TŞ-nin tərkibinə yeni üzv qəbul edilməsi əksini tapıb.

Elə bu fərmanla R.Q.Nurqaliyev TŞ-nin daimi üzvləri sırasından xaric olunub.

Eyni zamanda, Rusiya prezidenti Kreml administrasiyasının yeni təyin olunan rəhbəri Andrey Vaynonu TŞ-nin tərkibinə daimi üzv statusunda daxil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31