Sarkisyan Moskvadakı himayədarını itirdi
Serj Sarkisyan Moskvadakı humayədarını itirdi.
12 Avqust 2016 16:11 DünyaSerj Sarkisyan Moskvadakı humayədarını itirdi.
Bunu virtualaz.org-a müsahibəsində politoloq, "Şərq-Qərb" analitik mərkəzinin rəhbəriƏrəstun Oruclu Kreml administrasiyasının başçısı Sergey İvanovun istefasını şərh edərkən deyib.
Onun sözlərinə görə, S.İvanovun işdən azad olunması ilə Putin hərbçilərin mövqelərini zəiflədib.
"Sergey İvanov hər zaman hərbçilərin adamı hesab olunub, müxtəlif illərdə müdafiə naziri, FTX başçısı vəzifələrini tutub, hərbçilər ona böyük ümid bəsləyirdilər.
Bundan əlavə, Sergey İvanov Ermənistan prezidenti Serj Sarkisyanın himayədarı və Azərbaycana qarşı sərt siyasətin tərəfdarı hesab olunurdu. Onun gedişi. Fikrimcə, Kremlin Qarabağ münaqişəsinin həllinə yanaşmasında dəyişikliklərə səbəb olacaq", - politoloq deyib.