Dağıstanda iki polis əməkdaşı öldürülüb

Rusiyanın Dağıstan Muxtar Respublikasının İzberbaş şəhəri yaxınlığında odlu silahdan açılan atəş nəticəsində Yol Patrul Xidmətinin iki əməkdaşı öldürülüb.

Rusiyanın Dağıstan Muxtar Respublikasının İzberbaş şəhəri yaxınlığında odlu silahdan açılan atəş nəticəsində Yol Patrul Xidmətinin iki əməkdaşı öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Muxtar Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarına atəş açan naməlum şəxslər gizləniblər. Şəhərdə və onun ətraf ərazilərində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31