Gündəm

Avtomobilin vurduğu 2 piyadadan biri ölüb

1 Sentyabr 2016 16:39

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi “VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyeva və Samirə Şirinovanı vurub.

«Azərbaycan Dəmir Yolları» gucləndirilmiş iş rejimində çalışacaq

1 Sentyabr 2016 16:37

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban Bayramı və Yeni dərs ili ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.

Əbülfəs Qarayev Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edib

1 Sentyabr 2016 16:36

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vaytı qəbul edib.

"Şahdağ" futbol klubu məhkəməyə verildi

1 Sentyabr 2016 16:12

Azərbaycanda fəaliyyət göstərən "OKİ" özəl klinikası "Şahdağ" Futbol Klubu MMC-ni məhkəməyə verib.

Azərbaycanda təsdiq edilmiş qiymətlə satılan dərman vasitələrinin sayı 10 minə çatıb

1 Sentyabr 2016 15:55

Bu gündən Azərbaycanda dövlət qeydiyyatına alınmış daha 2503 dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri qüvvəyə minib.

Əli Kərilmlinin səfirlik sərgüzəştləri SİYASİ TƏHLİL

1 Sentyabr 2016 15:56

Üzərindən FETÖ lideri Fətullah Gülənlə bağlı çoxsaylı ittiham faktlarının ağırlığı ola-ola AXCP sədri Əli Kərimlinin bu dəfə digər bəhanə ilə insanları küçələrə səsləməsi özü-özlüyündə bir çox məqamları aşkarlayır.

Türkiyədən Azərbaycana gələn sərnişindən “Beşbarmaq” aşkarlanıb

1 Sentyabr 2016 15:50

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşının baqajından “beşbarmaq” aşkar ediblər.

Gizli Qarabağ müzakirəsi - İrəvana verilən vaxt başa çatdı

1 Sentyabr 2016 15:49

“Ermənistanda Qarabağla bağlı gizli müzakirələr aparılır. Ola bilsin ki, bu müzakirələr “Lavrov planı” ilə bağlıdır”.

Binəli Yıldırım: “Bəzi ölkələr susmaqla çevriliş tərəfdarı olduqlarını ortaya qoydular”

1 Sentyabr 2016 15:48

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyəyə səfər edən xarici ölkə parlamentarlarının şərəfinə nahar verib.

Rusiya məhkəməsi azərbaycanlı iş adamını 300 min manat cərimələdi

1 Sentyabr 2016 15:46

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tümen vilayəti üzrə Regional idarəsinin mətbuat xidməti bildirib ki, Koqalım şəhər sakini, 42 yaşlı Nadir Hacıyev məhkəmənin qərarı ilə 12 milyon rubl (təxminən 300 min manat – virtualaz.org) cərimə olunub.

Türkiyənin sabiq DİN başçısı ilə bağlı ŞOK FETÖ-çü İTTİHAMI

1 Sentyabr 2016 15:44

Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefası ilə bağlı şok iddia ortaya atılıb.

“Ermənistan danışıqlardan vaxt udmaq üçün istifadə edir”

1 Sentyabr 2016 15:40

“Ermənistan deyilən bir dövlət normal hüquqi, demokratik dövlət deyil. Cinayətkar qurumdur və cinayətkarlar, terrorçular tərəfindən idarə olunur. Buna görə də onlarla xoş danışmaq, müzakirələr aparmaq heç bir nəticə vermir”. Bunu SİA-ya açıqlamasında sentyabrın 8-də Rusiya XİN-də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək məsləhətləşmələrə münasibət bildirən millət vəkili Elman Məmmədov deyib.

Ev oğruları ələ keçdilər

1 Sentyabr 2016 15:38

Avqustun 10-da Bakı şəhər sakini Ramazan Məmmədova məxsus evdən 250 manat pul oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər paytaxt sakini Ülfət Bədəlov və Qobustan rayon sakini Əlövsət Baxışov tutulublar. Faktla bağlı araşdırma aparılır.