Əbülfəs Qarayev Böyük Britaniyanın Azərbaycandakı səfirini qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vaytı qəbul edib.
1 Sentyabr 2016 16:36 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts və "British Council" təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vaytı qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında bu sahələrdə formalaşmış mövcud əlaqələrin daha da dərinləşdirilməsi vacibliyi vurğulanıb. Nazir Bakı Prosesi və 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək, tədbirdə iştiraka dəvət edib.