Avtomobilin vurduğu 2 piyadadan biri ölüb

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi “VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyeva və Samirə Şirinovanı vurub.

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi "VAZ-21144" markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyeva və Samirə Şirinovanı vurub. Hər iki piyada, habelə N.Nağızadənin 1 sərnişini xəstəxanaya yerləşdirilib, E.Dünyamalıyeva orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31