Gündəm

Mobil telefon oğrusunun qolları qandallanıb

1 Sentyabr 2016 15:37

Bakının Səbail rayonunda aprel ayında baş vermiş oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da Bakı şəhər sakini Mayıs Səmədova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini Təbriz İsmayılov tutulub.

Əlbir olub mənzili qarət etdilər

1 Sentyabr 2016 15:36

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, oğurluqda şübhəli bilinənlər paytaxt sakinləri Fərid Əhmədov və Nigar Ağayeva tutulublar. Faktla bağlı araşdırma aparılır. 

Mağazanı qarət edən şəxs ələ keçib

1 Sentyabr 2016 15:35

Bakıda mağazadan xeyli miqdarda pul aparan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də Bakı şəhər sakini Emin Hüseynova məxsus mağazadan 3.500 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Əlişan Salamov tutulub. Hazırda onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Daxili İşlər Nazirliyində növbəti kadr təyinatları olub

1 Sentyabr 2016 15:33

Nazir Ramil Usubovun əmri ilə Xəzər rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki İlqar Məmmədov Bərdə rayon Polis idarəsinin rəisi təyin edilib.

Nazir: Türkiyə hökumətində dəyişikliklər gözlənilir

1 Sentyabr 2016 15:30

Türkiyə hökumətinin tərkibində dəyişikliklər davam edə bilər.

FETÖ Milli Şuranın 11 sentyabr aksiyasına dəstək verəcək

1 Sentyabr 2016 15:26

Bir qayda olaraq ölkənin ictimai-siyasi həyatı üçün əhəmiyyət kəsb edilən məsələlər ortaya çıxanda “fəallaşmağı”, mövcud sabitliyi pozmağı qarşılarına məqsəd qoyan radikal müxalifət ənənəsinə sadiq qalaraq 26 sentyabr tarixində Azərbaycanda keçiriləcək ümumxalq səsverməsinə mane olmağa çalışır. Xəbərlərdən də aydın olduğu kimi yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasından ibarət olan Milli Şura adlanan qurum referenduma etiraz əlaməti olaraq mitinq keçirməyi qərarlaşdırıb.

Yaxın Şərq qaynayır: Türkiyə ən kəskin zəhərini onlar üçün saxlayıb

1 Sentyabr 2016 15:24

“ABŞ-la edilən əməkdaşlıq kürdlərin özlərinə çox güvənməsinə gətirib çıxardı”.

Ərdoğanı ölümdən o, xilas edib – FETÖ PLANI

1 Sentyabr 2016 15:23

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fəthullahçı Terror Təşkilatına (FETÖ) məxsus xəstəxanada əməliyyat olunmasına Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan mane olub.

Azərbaycan arxeoloqları monqolların söndürdüyü "işığı" tapdı

1 Sentyabr 2016 15:22

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası bu ilin yay aylarında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib.

Çavuşoğlu: “Obama bizə söz verdi ki...”

1 Sentyabr 2016 15:21

“FETÖ (Fəthullahçı Terror Təşkilatı –red.) liderinin ABŞ-da qalması ilə əlaqədar Vaşinqton ilə münasibətlərdə çox ciddi çətinliklər yaşayırıq”.

Politoloq: "İrəvandakı tədbirin ləğvi Azərbaycan diplomatiyasının uğurudur"- MÖVQE

1 Sentyabr 2016 15:18

“Ermənistanın təxribatçı məqsədlərlə Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzlə birlikdə 2-3 sentyabr tarixlərində İrəvanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyinin 25 illiyi" bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbirin ləğv edilməsi Azərbaycan diplomatiyasının uğurudur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Yeni təyin edilən məktəb direktorlarının sayı açıqlanıb

1 Sentyabr 2016 15:17

Bu gün Təhsil Nazirliyində işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib.

Bakıda iki evdən 100 min manatlıq qızıl oğurlanıb

1 Sentyabr 2016 15:13

Bakıda mənzillərdən külli miqdarda qızıl və pul oğurlanıb.

Ermənistanın 17 kəndində 1-ci sinfə uşaq tapılmayıb, 1 kənddə isə...

1 Sentyabr 2016 15:03

Ermənistanın Vayosdzor regionunun Aqavnadzor kəndində bütün məktəb dərs ilinə başlaya bilmir. Yerli sakinlər məktəbin qapısını kəsib, uşaqları içəri girməyə qoymur.Bu yolla bütün Ermənistanın diqqətini cəlb etmək istəyən etirazçılar deyirlər ki, onlar toplayıb-təhvil verdikləri üzümün 10 aydır ki, pulunu ala bilmirlər.