FETÖ Milli Şuranın 11 sentyabr aksiyasına dəstək verəcək

Bir qayda olaraq ölkənin ictimai-siyasi həyatı üçün əhəmiyyət kəsb edilən məsələlər ortaya çıxanda “fəallaşmağı”, mövcud sabitliyi pozmağı qarşılarına məqsəd qoyan radikal müxalifət ənənəsinə sadiq qalaraq 26 sentyabr tarixində Azərbaycanda keçiriləcək ümumxalq səsverməsinə mane olmağa çalışır. Xəbərlərdən də aydın olduğu kimi yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasından ibarət olan Milli Şura adlanan qurum referenduma etiraz əlaməti olaraq mitinq keçirməyi qərarlaşdırıb.

Aksiya iştirakçılarının əksəriyyəti gülənçilərdən ibarət olacaq

Bir qayda olaraq ölkənin ictimai-siyasi həyatı üçün əhəmiyyət kəsb edilən məsələlər ortaya çıxanda "fəallaşmağı", mövcud sabitliyi pozmağı qarşılarına məqsəd qoyan radikal müxalifət ənənəsinə sadiq qalaraq 26 sentyabr tarixində Azərbaycanda keçiriləcək ümumxalq səsverməsinə mane olmağa çalışır. Xəbərlərdən də aydın olduğu kimi yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasından ibarət olan Milli Şura adlanan qurum referenduma etiraz əlaməti olaraq mitinq keçirməyi qərarlaşdırıb. Sentyabrın 11-nə təyin edilən mitinqə adam cəlb etmək üçün artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli və onun yaxın ətrafı sosial şəbəkələrdə dəridən qabıqdan çıxırlar. Pafoslu şüarlar, 23 ildir səsləndirdiyi fikirlərlə ictimaiyyətə çağırış edən cəbhəçilər 11 sentyabr mitinqində geniş xalq kütləsinin iştirak edəcəyi iddiasını da ortaya qoyurlar. Cəbhəçilər hesab edirlər ki, indiki situasiyada cəmiyyət konstitusiya dəyişikliklərini qəbul etmir və ona öz etirazını bildirmək üçün fürsət axtarır. Kərimli tərəfdarlarının iddiasına görə, belə bir fürsət Milli Şura tərəfindən xalqa yaradılıb.

Ancaq mövcud situasiya bunun tamamilə əksini söyləyir. İstər cəmiyyətin konstitusiya dəyişikliklərinə olan münasibəti, istər keçirilən rəy sorğularının nəticələri onu deməyə əsas verir ki, Azərbaycan xalqı bu dəyişiklikləri heç də cəbhəçilər kimi süngü ilə qarşılamır. Əksinə onu təqdir edir. Bu günlərdə Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi üçün ümumxalq səsverməsi - referendumun keçirilməsinə əhalinin münasibətini öyrənmək məqsədilə keçirdiyi sorğunun nəticələri də bu mənada radikalları təkzib edən fakt hesab oluna bilər. Təkcə Bakıda deyil, eləcə də Siyəzən, Şabran və Qubada keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 92 faizi referendumun keçirilməsinin və nəzərdə tutulan dəyişiklərin vacibliyini vurğulayaraq, onun lehinə səs verəcəklərini bildiriblər. Bu halda ortaya maraqlı sual çıxır. Əgər Azərbaycan cəmiyyəti konstitusiya dəyişikliyini dəstəkləyir və hətta ümumxalq səsverməsindən əvvəl ona öz müsbət reaksiyasını ifadə edirsə Milli Şura (əslində AXCP) 11 sentyabr mitinqində nəyə ümid edir. Yaxud indiyə qədər radikalların təşkil etdikləri aksiyalarda məhdud sayda insanların iştirak etməsi onlara dərs olmayıbmı?

Etibarlı mənbədən daxil olan məlumata görə, Milli Şura (Əli Kərimli) 11 sentyabr mitinqində Azərbaycandakı gülənçilərə bel bağlayır. Məlumata görə, 11 sentyabr aksiyasının iştirakçılarının demək olar ki, mütləq əksəriyyətini məhz FETÖ şəbəkəsinin Azərbaycandakı əlaltıları təşkil edəcək. Artıq Azərbaycandakı gülənçilərə bununla bağlı müvafiq təlimatın da verildiyi bildirilir. Aksiya

kosntitusiya dəyişikliklərinə etiraz adı altında keçirilsə də, əslində gülənçilərin mitinqdə iştirakının məqsədi tamamilə fərqlidir. Daha dəqiq desək Əli Kərimli ilə FETÖ arasında əldə edilmiş anlaşmaya görə mitinqə dəstəyin müqabilində aksiya zamanı Fətullah Güləni müdafiə edən çıxışlara da yol veriləcək. Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, Türkiyədəki uğursuzluqdan sonar FETÖ-nün Orta Asiya respublikalarından birində, konkret olaraq Özbəkistanda çevrilişə cəhd edəcəyi bildirilirdi. Həmçinin Gülən şəbəkəsinin daha çox yayıldığı Azərbaycan da istisna edilmirdi. Bu baxımdan hazırda Milli Şuranın mitinq qərarı FETÖ üçün göydəndüşmə fürsət sayıla bilər. Sirr deyil ki, 15 iyul dövlət çevrilişi cəhdindən sonar Azərbaycanda da FETÖ terror şəbəkəsinin əlaltılarının tapılıb üzə çıxarılması, onlar barədə müvafiq ölçü götürülməsi istiqamətində müvafiq addımlar atılır. Bu isə Azərbaycandakı gülənçilər də chakimiyyətə qarşı ciddi şəkildə nifrət hissi yaradıb. Onların həmin nifrət hissini açıq şəkildə büruzə vermək, Azərbaycan dövləti, hakimiyyətinə qarşı zərbə vurmaq üçün Milli Şura (Əli Kərimli) ilə işbirliyindən yararlanacağı istisna edilmir.

Bu arada mitinqin tarixinin 11 sentyabra təyin edilməsi də təsadüfi sayıla bilməz. Birləşmiş Ştatlarda həmin tarixdə həyata keçirilən terraktlarda din amilindən istifadə edildiyini və Milli Şuranın 11 sentyabr mitinqində Gülənin Azərbaycandakı "dindarlarının" iştirak edəcəyini nəzərə alsaq təhlükənin yaxında olduğunu söyləyə bilərik.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31