Çavuşoğlu: “Obama bizə söz verdi ki...”

“FETÖ (Fəthullahçı Terror Təşkilatı –red.) liderinin ABŞ-da qalması ilə əlaqədar Vaşinqton ilə münasibətlərdə çox ciddi çətinliklər yaşayırıq”.

"FETÖ (Fəthullahçı Terror Təşkilatı -red.) liderinin ABŞ-da qalması ilə əlaqədar Vaşinqton ilə münasibətlərdə çox ciddi çətinliklər yaşayırıq".

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Milliyyət" nəşrinə müsahibəsində deyib.

Çavuşoğlu FETÖ lideri Fətullah Gülənin Türkiyəyə qaytarılmalı olduğunu vurğulayıb: "ABŞ ilə ikitərəfli razılaşma var. Normal şərtlərdə bu razılaşma yerinə yetirilməlidir. ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaraya səfəri zamanı "Bizə sənədləri verin, FETÖ liderini qaytaraq" deyib. FETÖ lideri ilə bağlı sənədlər var və əlavə sənədlər ortaya çıxdıqca ABŞ-a təqdim olunacaq".

Türkiyə xarici siyasət idarəsinin başçısı PYD-nin (PKK terror təşkilatının Suriya qanadı -red.) Suriyada Fərat çayının şərqinə geri çəkilməli olduğunu bildirib.

"Münbic əməliyyatına PYD-nin qatılmamasını istədik. Amerikalılar az sayda YPG-nin (PYD-nin hərbi qanadı -red.) əməliyyata qatılmasının əhəmiyyətli olduğunu söylədilər. Biz buna qarşı çıxdıq. Amma ABŞ prezidenti Barak Obama bizə söz verdi ki, PYD əməliyyat bitən kimi Fəratın şərqinə geri dönəcək. Amma hələ dönməyiblər. PYD Fəratın şərqinə dönməsə, ABŞ-a olan etibar tamamilə itər", - türkiyəli nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31