"Şahdağ" futbol klubu məhkəməyə verildi
Azərbaycanda fəaliyyət göstərən "OKİ" özəl klinikası "Şahdağ" Futbol Klubu MMC-ni məhkəməyə verib.
1 Sentyabr 2016 16:12 KriminalAzərbaycanda fəaliyyət göstərən "OKİ" özəl klinikası "Şahdağ" Futbol Klubu MMC-ni məhkəməyə verib.
Report bildirir ki, klinika xidmət müqaviləsi üzrə pul barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan futbol klubu apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə "Şahdağ" klubunun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
"Şahdağ" klubunun prezidenti Ərəstun Niftəliyev "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Amma klub rəhbəri borcun nə qədər olduğunu açıqlamayıb.
Qeyd edək ki, "Şahdağ" Futbol Klubu hazırda Azərbaycan futbol çempionatının I divizionunda çıxış edir.