Türkiyədən Azərbaycana gələn sərnişindən “Beşbarmaq” aşkarlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşının baqajından “beşbarmaq” aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşının baqajından "beşbarmaq" aşkar ediblər.

Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dalaman-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31