Gündəm
Türkiyədə atışma - 3 ölü, 4 yaralı
Türkiyənin Van vilayətində yerli əhali ilə PKK silahlıları arasında baş vermiş atışma nəticəsində 3 sakin həlak olub, 4-ü isə yaralanıb.
“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 7,7 faiz azalıb
Cari ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar 18460 müraciətin operativ şəkildə cavablandırılması təmin olunub. Cavablandırılmış müraciətlərin 94,8 faizi və ya 17496-sı əmək qanunvericiliyi, sosial təminat, pensiya və müavinət təyinatı, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, məşğulluğun təminatı, sosial sığorta və digər məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər olub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.
Ermənilər kasset bombalardan istifadə edib
Kasset hərbi sursatlarına qadağa Konvensiyası müasir münaqişələrdə bir sıra qadağan olunmuş silahlardan istifadə hallarını müəyyənləşdirib.
““Şahdəniz” yatağı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”- MÖVQE
“Ümumiyyətlə, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimdə “Şahdəniz” yatağı ilə bağlı qurğunun istifadəyə verilməsi və dənizə buraxılması çox mühüm məqamdır. “Şahdəniz” yatağı mühüm neft qaz ehtiyatına malik olduğundan onun istifadəyə verilməsi, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Şəhid ailəsi ziyarət edilib
Bugünlərdə isə ASGA daxili imkanları hesabına daha bir layihəyə start verib. “OLAYLAR”-a daxil olan məlumata görə, "Şəhidimi unutmadım, unutmaram"adlı layihə çərçivəsində şəhid ailələrinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün sistematik tədbirlər həyata keçirilir.
Avtovağzal qarşısındakı yol sürücülərin istifadəsinə verilib
Beynəlxalq Avtovağzal kompleksi qarşısındakı avtobus dayanacağının yerləşdiyi giriş-çıxış yolu artıq sürücülərin istifadəsinə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, köməkçi yol kompleks ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdıqdan sonra açılıb.
Oğlunun cinsiyyət orqanının anormal olduğunu gördü və...
Leanne Ouen adlı qadın oğlunun cinsiyyət orqanının böyüməməsindən narahat olub və bu vəziyyəti araşdırmağa başlayıb.
Mark Zukerberq bir anda 200 milyon dolları itirdi
ABŞ-ın Florida ştatında yerləşən "SpaceX" uçuş platformasında partlayış baş verib. Şahidlər ard-arda bir neçə partlayış səsinin eşidildiyini deyiblər. Hadisənin kosmodromun ətrafında yaşayan əhaliyə təhlükə törətmədiyi bildirilir.
Metropoliten ödənişsiz kurslar təşkil edir
Metropolitendə qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunan bir aylıq ödənişsiz kurslar artıq başlayıb.
Komitə sədri Latviya Seymində görüş keçirib
Latviya Seymində bu ölkənin sabiq Baş naziri, Seymin deputatı Laymdota Strauyuma Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb.
Gürcüstanın baş naziri Yeni Zelandiyada belə qarşılandı- ŞOK olacaqsınız-VİDEO
Məhkəmə binası qarşısında partlayış: 12 ölü, 52 yaralı
Pakistanın şimal-qərbində, Xeybər-Paxtunxva əyalətinin Mardan şəhərində partlayış olub.
Müdafiə Nazirliyi hərbi hissələrə qəbul elan edir
Aprel hadisələrindən sonra Ordunun nüfuzunun artması, vətəndaşlarımızda ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olub. Minlərlə müraciətləri nəzərə alaraq, Müdafiə Nazirliyi tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifəsinə qəbul keçirilməsini qərara alıb.














