Mark Zukerberq bir anda 200 milyon dolları itirdi

ABŞ-ın Florida ştatında yerləşən "SpaceX" uçuş platformasında partlayış baş verib. Şahidlər ard-arda bir neçə partlayış səsinin eşidildiyini deyiblər. Hadisənin kosmodromun ətrafında yaşayan əhaliyə təhlükə törətmədiyi bildirilir.

ABŞ-ın Florida ştatında yerləşən "SpaceX" uçuş platformasında partlayış baş verib. Şahidlər ard-arda bir neçə partlayış səsinin eşidildiyini deyiblər. Hadisənin kosmodromun ətrafında yaşayan əhaliyə təhlükə törətmədiyi bildirilir.

Bu qəza dünyanın ən varlı adamları arasında yer alan Mark Zukerberqlə Alan Maska çox baha başa gəlib. ABC bildirir ki, "SpaceX" şirkətinin "Falcon 9" daşıyıcı raketi Facebook-un ilk süni peyki olası "Amos-6"nı kosmosa çıxarmalıydı.

200 milyon dollarlıq bu peyk vasitəsilə Facebook Yaxın Şərq və Afrikada televiziya, habelə internet siqnallarının ötürülməsini gücləndirmək niyyətində idi.

"Falcon 9" raketinin sınağı əsnasında "Amos 6" bu daşıyıcıda idi.

"Burada, Afrikada "SpaceX"in qəzası barədə xəbəri alanda pərişan oldum. Peykimiz məhv oldu. Yaxşı ki, insanları rabitə ilə təmin edən "Aquila" təki texnologiyalarımız var. Planetin hər sakininə internetə qoşulmaq imkanı yaratmaq niyyətimizdə qətiyiq", - Zukerberq Facebook-dakı səhifəsində yazıb.

Alan Mask isə "Falcon 9"un qəzası nəticəsində 390 milyon dollar itirib: bu məbləğ daşıyıcı-raketin dəyəridir.
"SpaceX" şirkəti və Facebook-un birgə layihəsi hazırda mövcud telekommunikasiya şəbəkələrindən kənar qalmış regionları genişzolaqlı internetlə təmin etməkdir. Söhbət ilk əvvəl Yaxın Şərq və Afrika ölkələrindən gedir. Zukerberq bu minvalla Facebook istifadəçilərinin sayını artırmaq istəyir.

"Amos 6" peyki İsraildə hazırlanıb.

NASA-nın məlumatına əsasən, insident kosmodromda pilotsuz raketin sınaqları keçirilən zaman baş verib. Sınaqlar Kanaveral burnunda yerləşən kosmodromdan sentyabrın 3-nə planlaşdırılan uçuşa hazırlıq məqsədi daşıyırmış. Raket "Facebook" sosial şəbəkəsinin ilk peykini və İsrailin rabitə peykini fəzaya çıxarmalı idi.

Xatırladaq ki, kosmodromda son ciddi qəza 2015-ci il iyunun 28-də baş verib. Həmin vaxt Beynəlxalq Kosmik Stansiyaya uçması planlaşdırılan "Dragon" yük gəmisi "Falcon 9" daşıyıcı-raketi ilə birgə partlamışdı. "Falcon 9" daşıyıcı-raketi və dünyada yeganə çoxistifadəli "Dragon" yük gəmisi ABŞ-ın "SpaceX" kompaniyası tərəfindən hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31