Məhkəmə binası qarşısında partlayış: 12 ölü, 52 yaralı

Pakistanın şimal-qərbində, Xeybər-Paxtunxva əyalətinin Mardan şəhərində partlayış olub.

Pakistanın şimal-qərbində, Xeybər-Paxtunxva əyalətinin Mardan şəhərində partlayış olub.

"Milliyet" xəbər verir ki, "canlı bomba" məhkəmə binasının qarşısına əl bombası ataraq qarışıqlıq yaradıb, sonra isə özünü partladıb. Baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb, 52 nəfər yaralanıb. Ölən və yaralananlar arasında vəkillər, polislər və sıravi vətəndaşlar da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31