Avtovağzal qarşısındakı yol sürücülərin istifadəsinə verilib

Beynəlxalq Avtovağzal kompleksi qarşısındakı avtobus dayanacağının yerləşdiyi giriş-çıxış yolu artıq sürücülərin istifadəsinə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, köməkçi yol kompleks ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdıqdan sonra açılıb.

Beynəlxalq Avtovağzal kompleksi qarşısındakı avtobus dayanacağının yerləşdiyi giriş-çıxış yolu artıq sürücülərin istifadəsinə verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, köməkçi yol kompleks ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdıqdan sonra açılıb.

Qeyd edək ki, dayanacağa giriş-çıxış yolun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək kipləşdirilib. Yolun köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə ilə qaşınaraq ərazidən daşınıb, əlavə bərkitmə işləri görülürək yolun asfaltlanması istiqamətində işlər görülüb. Sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 ədəd istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb. Yəni divar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub.da asfaltlanma işləri yekunlaşdırılıb və yolda hərəkət tam bərpa olunub. Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. Belə ki, 16 metruzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə aparılan svay vurma işləri aparılıb. Ümumilikdə əraziyə 96 ədəd svay vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31