Şəhid ailəsi ziyarət edilib

Bugünlərdə isə ASGA daxili imkanları hesabına daha bir layihəyə start verib. “OLAYLAR”-a daxil olan məlumata görə, "Şəhidimi unutmadım, unutmaram"adlı layihə çərçivəsində şəhid ailələrinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün sistematik tədbirlər həyata keçirilir.

Bugünlərdə isə ASGA daxili imkanları hesabına daha bir layihəyə start verib. "OLAYLAR"-a daxil olan məlumata görə, "Şəhidimi unutmadım, unutmaram"adlı layihə çərçivəsində şəhid ailələrinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün sistematik tədbirlər həyata keçirilir. İlk olaraq ASGA rəhbərliyi və üzvləri Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu ehtiramla anılıb. Daha sonra Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən Şəhid Tağıyev Rahim Qara oğlunun ailəsi ziyarət edilib.

Assosiasiyanın sədri Səbuhi Abbasov deyib ki, ASGA İdarə Heyətinin fəxri üzvü Samir Əhmədovun və ASGA ATM-in rəhbəri Azər Verdiyevin bilavəsitə təşəbbüsü ilə reallaşan layihə çərçivəsində şəhid övladlarının ən zəruri ehtiyaclarının ödənilməsi üçün proqramlar həyata keçirəcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31