Gündəm
Avqust ayında fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 16 447 nəfər artıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan hər bir vətəndaşa gələcək etibarlı pensiya təminatı üçün fərdi hesabında pensiya kapitalı formalaşdırmağa imkan verir.
72 min türkiyəli zəvvar Səudiyyə Ərəbistanında xəstəxanaya yerləşdirilib
Bu ilin avqustundan 72 min türkiyəli zəvvar Səudiyyə Ərəbistanında xəstəxanaya yerləşdirilib.
Cahangir Hacıyevin məhkəməsi təxirə salındı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Türkiyə Hərbi Hava Qüvvələrinin 73 əməkdaşı işdən çıxarılıb
Fəthullah Gülən hərəkatının tərəfdarları ilə mübarizə çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 73 əməkdaşı işdən çıxarılıb.
Bakıda beynəlxalq teatr konfransı keçiriləcək
6-10 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək. Builki konfransın əsas mövzusu “Multikulturalizm və teatr” olacaq.
Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir
Sentyabrın 30-da Roma Papası Azərbaycana gələcək. Vatikandan verilən açıqlamaya görə, Roma Papası Fransiskin Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.
Azərbaycan Qazaxıstanda keçirilən “Sağlamlıq Turizmi” peşəkarlar Forumunda iştirak edir
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qazaxıstan Respublikasının Almatı şəhərində Неalth Travel Business Club-un təşkilatçılığı və Qazaxıstan Turizm Assosiasiyasının (KTA) rəsmi dəstəyi ilə təşkil olunmuş “Sağlamlıq Turizmi” pəşəkarlar Forumunda və B2B görüşlərində iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Assosiasiya Chinar Naftalan və Qalaaltı Spa & Hotels-la təmsil olunur.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub.
Nəsimi rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub
Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olumuşdur.
Meksikada cinayətkarlar polis helikopterini vurub
Meksikanın Miçoakan ştatında polis əməliyyatı zamanı cinayətkarlar helikopteri vurub, nəticədə dörd nəfər ölüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Silvano Aureolesa bildirib.
Azərbaycan prezidenti “DP World” şirkətlər qrupunun sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.
Ərdoğan Obamanın Rakka şəhərini İŞİD-dən təmizləmək barədə təklifini qəbul edib
Ankara Vaşinqtonun Suriyanın Rakka şəhərinin İŞİD terrorçu qruplaşmasından azad edilməsi ilə bağlı təklifini qəbul etməyə hazırdır.
Dağlıq Qarabağda erməni hərbçi ölüb
Dağlıq Qarabağda 19 yaşlı hərbi qulluqçu Arman Qandilyan ölüb.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Preda Sezar Florin Azərbaycana gələcək.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Çili mətbuatında
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “25-ci müstəqillik günü” ilə əlaqədar Ermənistanın təşkil etdiyi təxribat xarakterli tədbirlərə cavab olaraq sentyabrın 6-da Azərbaycanın Çilidəki diplomatik missiyasının təşəbbüs ilə bu ölkənin geniş oxucu kütləsinə malik “El Mercurio” və “La Tercera” qəzetlərində Xarici İşlər Nazirliyinin 30 avqust tarixli müvafiq bəyanatı əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc edilib.














