Gündəm
Henri Kissencer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşüb
Amerikanın dövlət xadimi, siyasətçi, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.
Prezidentin imzaladığı Dövlət Proqramı internet medianın inkişafı üçün böyük perspektiv açır
“Prezidentin imzaladığı “İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” internet medianın inkişafı üçün böyük perspektiv açır.
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2162 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1854-1848 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub
Sentyabrın 21-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.
Sabah Bakıda 27 dərəcə isti olacaq
Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BMT Baş Assambleyasının dondurulmuş münaqişələr üzrə qətnamələr qəbul etmə şansı realdır
GUAM BMT Baş Assambleyasının 71-ci sessiyasında "GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün nəticələri" və "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" qətnamə layihələrinin qəbul edilməsinə ümid edir.
DİN-in əməkdaşı: Üzərində qumbara var idi, bizə atəş açırdılar
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"WhatsApp"dan bir çoxlarını MƏYUS EDƏN YENİLİK: istəməsəniz belə..
WhatsApp qısa zaman əvvəl təqdim etdiyi qrup içində etiketlənmə xüsusiyyətini inkişaf etdirdi. Amma bu bir çoxlarının ürəyincə olmaya bilər.
AVCİYA referendumla bağlı aralıq hesabatını açıqlayıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabrda keçiriləcək referendumu müşahidə ilə bağlı aralıq hesabatını açıqlayıb. AVCİYA-dan APA-ya verilən məlumata görə, hesabatda Azərbaycanda keçirilmiş referendumlar haqqında məlumat, referendum qabağı siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və 2 radio (İctimai radio, Azadlıq radiosu), 9 qəzet ( 3 iqtidar-"Azərbaycan", "Xalq", "Бакинский рабочий", 3 neytral- "525-ci qəzet", "Ədalət", "Şərq" qəzetləri, 3 müxalifət- "Azadlıq", "Yeni Müsavat", "Xalq Cəbhəsi" qəzetləri) və 2 informasiya agentliyinin (APA, "Turan") monitorinqi öz əksini tapıb.
Azərbaycan XİN rəhbəri: “Mövcud “status-kvo” qəbuledilməz və qeyri-davamlıdır”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMTBaş Assambleyasının 71-ci sessiyası çərçivəsində Avstraliya xarici işlər naziri Culiya Bişopla görüşüb.
Ukraynada daha bir azərbaycanlı iş adamı oğurlanıb
Ukraynada daha bir azərbaycanlı biznesmen naməlum şəxslər tərəfindən oğurlanıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, oğurlanan şəxs Kiyevdə yaşayan 38 yaşlı İlqar adlı iş adamıdır.
"Qafqazda münaqişələr daha təhlükəli mərhələyə keçə bilər"
Sakitlik, firavanlıq və gələcək nəsillərin təhlükəsizliyi bir çox hallarda bizim qəbul edəcəyimiz qərarlardan asılıdır.
AŞPA Azərbaycanda referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək
AŞPA Azərbaycanda referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək AŞPA Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək.
“İsgəndər”lər və “Smerç”lər İrəvan küçələrində
Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətilə bu gün İrəvanda keçirilən (bu dəqiqələrdə davam edir) hərbi paradda gözlənildiyi kimi Rusiyadan alınan “İsgəndər-M” operativ-taktiki raketləri və “Smerç” reaktiv yaylım atəşi sistemləri nümayiş etdirilib.
ABŞ-da polis zorakılığına qarşı etirazlar başladı
ABŞ-ın Şimali Karolina və Oklaxoma ştatlarında polis zorakılığına qarşı etirazlar başlayıb. Şarlotta və Talsa şəhərlərində keçirilən etiraz aksiyasına on minlərlə adam çıxıb.














