Gündəm
Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali səviyyəli toplantısı keçiriləcək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) növbəti Ali səviyyəli toplantılarından biri Maltada keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu məsələ Nyu-Yorkda səfərdə olan Mərkəzin nümayəndə heyəti ilə Maltanın Baş naziri Jozef Muskatın görüşündə müzakirə edilib.
“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” və “Multimedia Mərkəzi”nin tərəfdaşlığı ilə “Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək.
3000 hektar sahədə pambıq əkiləcək
Ağdam Rayon İcra Hakimiyyətində Sabirabadda pambıqçılığın inkişafı ilə bağlı keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Cənub zonasında regional forum keçirilib
Lənkəran şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cənub zonasında yaşayan və rayonun ictimai –siyasi həyatında fəal rol oynayan bir qrup gəncin iştirakı ilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda Regional Forum keçirilib.
Applab yerli developerlərin uğurunu paylaşır: Kvotter mobil sosial şəbəkəsi istifadəyə verildi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə “Applab” proqramının iştirakçısı olan “Kvotter” layihəsinin növbəti uğurunu elan edir. Belə ki, “Kvotter” adlı tətbiqin beta versiyası Android platformalı cihazlar üçün istifadəyə verilib.
Ölkədən çıxışına qadağan qoyulan Abbasdan MÜNASİBƏT
30 min manat məbləğində vergiyə borcu olduğu üçün ölkədən çıxışına qadağan qoyulan Abbas Bağırov bu haqda açıqlama verib.
Gürcüstan Azərbaycana yeni hərbi attaşe təyin edib
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 21-də Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.
Avropa Birliyinə "cəhənnəm olun" deyib, biədəb işarə göstərdi
Filippin prezidenti Rodriqo Duterte bu dəfə Avropa Birliyini sərt dillə tənqid edib.
Sankt-Peterburqda konstitusiya dəyişikliyi ilə bağlı tədbir keçirilib
Sankt-Peterburq şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə sentyabr ayının 26-da keçiriləcək Referendumla əlaqədar dəyirmi masa keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, millət vəkili, MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev tədbirdə iştirak edib.
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçirilib
Müdafiə Nazirliyinin, qoşun növləri və qisimlərinin, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "İnformasiya təhlükəsizliyi" mövzusunda konfrans keçirilib.
Əlil uşaqların təhsili ilə bağlı TƏKLİFLƏR
Təhsil Nazirliyi "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi üçün təkliflər hazırlayıb.
2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmayan uşaqlar da məktəbəhazırlıq qruplarına cəlb edilə bilər
Təhsil Nazirliyi 2010-cu ildə anadan olan, lakin məktəb yaşına çatmayan uşaqların hazırlıqlara cəlb olunması məsələsinə aydınlıq gətirib.
Məzahir Pənahov: Referendumun yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda demokratik mühit var
Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
Qətiyyətli və müstəqil liderlik: İlham Əliyev nümunəsi
Sirr deyil ki, hazırda müstəqil dövlət qurmaq çox çətin bir vəzifədir. Dünyanın böyük dövlətləri başqalarını öz iradələrinə tabe etdirməyə çalışırlar. Onlar müxtəlif üsullarla təsirlər edir, cəmiyyətdə qarışıqlıq yaratmağa cəhdlər göstərirlər. Mövcud təcrübə göstərir ki, hətta sürətlə inkişaf edən ölkələri belə supergüclər zəiflədə bilir. Bundan başqa, Qərbdə islamofobiya adlanan hadisə müsəlman ölkələrin inkişafına qarşı müəyyən dairələrin addım atmasına təkan verir.
Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.














