Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali səviyyəli toplantısı keçiriləcək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) növbəti Ali səviyyəli toplantılarından biri Maltada keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu məsələ Nyu-Yorkda səfərdə olan Mərkəzin nümayəndə heyəti ilə Maltanın Baş naziri Jozef Muskatın görüşündə müzakirə edilib.
21 Sentyabr 2016 15:35 SosialNizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) növbəti Ali səviyyəli toplantılarından biri Maltada keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu məsələ Nyu-Yorkda səfərdə olan Mərkəzin nümayəndə heyəti ilə Maltanın Baş naziri Jozef Muskatın görüşündə müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq 2017-ci ildə Malta Baş nazirinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali Səviyyəli Toplantısının keçirilməsinə dair razılığa gəlinib. Görüşdə həmçinin, Mərkəzin fəaliyyəti, yeni əməkdaşlıq imkanları, qarşıda duran vəzifələr, gələcək planlar və V Qlobal Bakı Forumu müzakirə olunub. Eləcə də qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılb.