“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” və “Multimedia Mərkəzi”nin tərəfdaşlığı ilə “Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək.
21 Sentyabr 2016 15:33 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" və "Multimedia Mərkəzi"nin tərəfdaşlığı ilə "Alternativ gələcəklə əlaqə" layihəsi həyata keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, "Alternativ gələcəklə əlaqə" layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul vermək, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, Azərbaycan mətbuatında davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, araşdırma yazıların dərc olunmasından ibarətdir. Qeyd edək ki, layihə əsasən media işçilərinin iştirakı üçün nəzərdə tutulub.