Gündəm
Politoloq: “BMT-nin insan hüquqları komissiyası qaçqınların hüquqlarından danışmalı idi”
“BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycanla bağlı hesabatında ilk növbədə Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını ümumiləşdirib onun haqqında bəyanat yaymalı idi”.
Dələduz falçı ələ keçdi
Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluqla məşğul olan şəxs yaxalanıb.
İkiləşən Avropa: ABŞ "Qoca qitəni" necə ram edir?
Anlaşılmaz bəyanatlar Avropa Parlamenti nümayəndə heyətinin Bakı səfəri fikirləri çaşdırdı. Qrup rəhbəri, böyük britaniyalı deputat Sayyad Kərimin 20 sentyabrda Bakıda verdiyi açıqlamalara əsaslanıb demək olardı ki, ümumi Qitə adından çıxış etmək səlahiyyəti daşıyan təşkilatlar Azrbaycana yanaşmalarında korrektələr ediblər.
Bakıda qonşusunu öldürən şəxsin məhkəməsi başladı
Bakı Apellyasiya Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Kamran Bağırovbarəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Meymun 6 yaşlı uşağı dişlədi, boğmaq istədi
İstanbulda meymun evdən qaçaraq parkda oynayan 6 yaşlı uşağı dişləyib. Sahibinin evdə olmadığından istifadə edən meymun eyvandan tullanaraq parka qaçıb.
Diqqət! 500 milyon e-mail istifadəçisinin məlumatları oğurlandı
Yahoo deyir ki, hakerlər 2014-cü ildəki təqribən 500 milyon istifadəçinin məlumatını oğurlayıblar və bu, tarixdə ictimai açıqlanan ən geniş kiber-hücumdur.
Heç kəsin Azərbaycan xalqının seçimini tənqid etməyə haqqı yoxdur
Azərbaycan qlobal məsələlərdə xaos dənizində kənarda durur. Bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.
Mədəniyyət və Turizm naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutacaq qəbul Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Beyləqan, Biləsuvar, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Gənclər dini radikalizm və ekstremizmə qarşıdır
Gəncə şəhərində “Multikulturalizm ili” çərçivəsində "Gənclər dini radikalizm və ekstremizmə qarşıdır” mövzusunda tədbir keçirilib. Gənclər və İdman Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, Gəncə şəhər Gənclər Evində baş tutan tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bölməsinin dəstəyi ilə olub. Şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə” sənədli filmi nümayiş edilib.
Ermənilər 15 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
Vladimir Putindən ciddi kadr dəyişiklikləri
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Sergey Narışkinə Xarici kəşfiyyat xidmətinə rəhbərlik etməyi təklif edib.
Yıldırım: Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək
Türkiyə Suriyada hərbi əməliyyatları cənub sərhədlərində terror təhlükəsi tam aradan qalxana kimi davam etdirəcək. "Anadolu" agentliyinin məlumat verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli Avstriyanın ATƏT-dəki sədrliyinin prioriteti olacaq
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avstriyanın ATƏT-dəki sədrliyinin prioritetləri sırasında olacaq.
Suriyada 1200 kv.km ərazi terrorçulardan təmizlənib
Suriyada İŞİD terror təşkilatına qarşı aparılan "Fərat qalxanı" çərçivəsində 1200 kv.km ərazi silahlılardan təmizlənib.
Gömrükçülər 16 ədəd mobil telefon müsadirə ediblər
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən İdarənin “Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.














