Vladimir Putindən ciddi kadr dəyişiklikləri
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Sergey Narışkinə Xarici kəşfiyyat xidmətinə rəhbərlik etməyi təklif edib.
23 Sentyabr 2016 11:42 DünyaRusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Sergey Narışkinə Xarici kəşfiyyat xidmətinə rəhbərlik etməyi təklif edib.
Bu barədə interfax xəbər verir.
Prezidentin köməkçisi Dmitri Peskov bildirib ki, Putin Sergey Narışkin və Xarici kəşfiyyat xidmətinin hazırki sədri Mixail Fradkov ilə görüşündə belə bir təklif irəli sürüb. Fradkova isə öz növbəsində Rusiya Dəmir Yollarına başçılıq etmək tapşırılıb.
Onun sözlərinə görə, yeni təyinatlarla bağlı prezident yaxın vaxtlarda fərman imzalayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31