Gənclər dini radikalizm və ekstremizmə qarşıdır
Gəncə şəhərində “Multikulturalizm ili” çərçivəsində "Gənclər dini radikalizm və ekstremizmə qarşıdır” mövzusunda tədbir keçirilib. Gənclər və İdman Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, Gəncə şəhər Gənclər Evində baş tutan tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bölməsinin dəstəyi ilə olub. Şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə” sənədli filmi nümayiş edilib.
23 Sentyabr 2016 11:46 SosialGəncə şəhərində "Multikulturalizm ili" çərçivəsində "Gənclər dini radikalizm və ekstremizmə qarşıdır" mövzusunda tədbir keçirilib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, Gəncə şəhər Gənclər Evində baş tutan tədbir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bölməsinin dəstəyi ilə olub. Şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filmi nümayiş edilib.