Yıldırım: Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək

Türkiyə Suriyada hərbi əməliyyatları cənub sərhədlərində terror təhlükəsi tam aradan qalxana kimi davam etdirəcək. "Anadolu" agentliyinin məlumat verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Türkiyə Suriyada hərbi əməliyyatları cənub sərhədlərində terror təhlükəsi tam aradan qalxana kimi davam etdirəcək. "Anadolu" agentliyi məlumat verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Suriyada 1200 kv.km ərazi terrorçulardan təmizlənib

Onun sözlərinə görə, Türkiyə ərazisi Suriya tərəfdən daim raket zərblərinə məruz qalır ki, bu da hərbi əməliyyatların davam etdirilməsini vacib edir.

Xatırladaq ki, ötən gün Türkiyənin Kilis vilayəti Suriya ərazisindən "Qrad" raketlərindən atəş zərbəsinə tutulub ki, nəticədə 6 nəfər yaralanıb. Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31