Gündəm

Qadın 9-cu mərtəbədən yıxılaraq ölüb

23 Sentyabr 2016 14:36

Bakıda qadın hündürmərtəbəli binadan yıxılaraq ölüb. Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə sentyabrın 22-də Yasamal rayonu ərazisində baş verib. Sözügedən ərazidə yaşayan Nurlanə Qarayeva evlərinin eyvanından (9-cu mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Siyavuş Novruzov: "Azərbaycan keçmiş postsovet və Şərqi Avropa məkanında ən azad ölkədir"

23 Sentyabr 2016 14:33

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsi

"Moody's": FED uçot dərəcəsini artırmamaqla yanlışlığa yola verdi

23 Sentyabr 2016 14:28

"ABŞ-nı Federal Ehtiyatlar Sistemi (FED) əlinə düşdüyü fürsətdən istifadə etməməklə, yəni uçot dərəcəsini artırmamaqla yanlış addım atdı".

"Valideynlər övladlarının xəstə uşaqlarla oxumasına narazılıq edib, övladlarını digər sinfə keçiriblər"

23 Sentyabr 2016 14:27

Azərbaycanda əlilliyi olan uşaqlar artıq 2 ildir inklüziv təhsilə cəlb ediliblər. İnklüziv təhsil - ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan təhsil prosesidir. Bu, əlil uşaqların ümumtəhsil məktəblərində tipik uşaqlarla birgə təhsilə cəlb olunmasını da təmin edir.

Polis avtomobili partladıldı: 3 polis öldü

23 Sentyabr 2016 14:24

Tailandın cənubunda bomba partlayışı nəticəsində üç polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb.

Qərb devrilmiş prezidentlərin milyardlarını necə “əkişdirir”...

23 Sentyabr 2016 14:21

Ukrayna hakimiyyəti bildirir ki, Latviya keçmiş prezident Viktor Yanukoviçin bu ölkə banklarından birində saxladığı 50 milyon avronu müsadirə edərək öz büdcəsinə keçirib.

Varlı qocaların pensiyası kəsiləcək

23 Sentyabr 2016 14:19

Rusiyada Maliyyə Nazirliyi illik gəliri 500 min rublu (ayda təqribən 800 dollar) keçən pensiyaçıların pensiyasını kəsməyi təklif edib.

Gənclərin vətənpərvərlik hissi artır

23 Sentyabr 2016 14:16

Azərbaycan ordusu günü-gündən hərbi qüdrətini artırır. Məhz bu səbədən ordunun müasir hərbi texnika ilə təçhizat məsələsi diqqətdə saxlanır. Etiraf edilməlidir ki, silahlı qüvvələrimizin müasir hərbi texnika ilə təmin edilməsi gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsinə səbəb olub.

Gənclərimiz 18 yaşında seçilmək hüququ əldə edir

23 Sentyabr 2016 14:13

Konstitusiya dəyişiklikləri layihəsində əksini tapmış məsələlər Azərbaycan cəmiyyəti tərəfindən müsbət qiymətləndirilir. Buna baxmayaraq bəzi beynəlxalq təşkilatlar sözügedən yeniliklərin mahiyyətini birtərəfli qaydada şərh etməklə beynəlxalq aləmi çaşdırmaq niyyəti güdürlər.

Bəhruz Quliyev: Azərbaycan təhdid və təzyiq dili ilə danışmağı qəbul etmir

23 Sentyabr 2016 14:11

“Azərbaycanın 20 ildən artıq müddət ərzində stabil inkişaf erasına daxil olması, dünyanın müxtəlif istiqamətli təhlükəsizlik məsələlərində söz sahibinə çevrilməsi, transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi aparıcı rol alması beynəlxalq münasibətlər sistemində diktat rolunu almaq və milli dövlətləri əzmək niyyətində olan bir sıra imperialist baxışlı siyasi dairələri narahat edir”.

Lavrov və Kerri razılığa gələ bilmədilər

23 Sentyabr 2016 13:58

ABŞ və Rusiya arasındakı danışıqlar nəticəsiz yekunlaşıb. Suriyada atəşkəs rejiminin yenidən bərpa olunması ilə bağlı danışıqlarda Avropa İttifaqının və Yaxın Şərqin yüksək rütbəli diplomatları da iştirak ediblər.

Avtobusda sürücüyə 80 qəpik vermədi, 6300 ziyana düşdü 

23 Sentyabr 2016 13:54

Türkiyənin Adana şəhərində avtobusda sürücü ilə sərnişin arasında mübahisə yaranıb.

Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq

23 Sentyabr 2016 13:52

Azərbaycanın daxili işlər orqanları əməkdaşları ölkədə keçiriləcək referendum günü gücləndirilmiş iş rejimində çalışacaqlar.

Ərdoğan: "Mərkəzi Bankı FETÖ-dən təmizləmək lazımdır"

23 Sentyabr 2016 13:50

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daha bir qurumda FETÖ-çülərin işinə xitam verilməli olduğunu açıqlayıb. 

Böyük qalmaqal: KFC restoranında qızardılmış siçan satıldı

23 Sentyabr 2016 13:48

Dünyanın ən böyük fast-fud restoranları şəbəkəsindən olan KFC-nin ("Kentucky Fried Chicken", ABŞ) Moskvadakı restoranlarından biri ilə bağlı böyük qalmaqal yaşanır.