Lavrov və Kerri razılığa gələ bilmədilər
ABŞ və Rusiya arasındakı danışıqlar nəticəsiz yekunlaşıb. Suriyada atəşkəs rejiminin yenidən bərpa olunması ilə bağlı danışıqlarda Avropa İttifaqının və Yaxın Şərqin yüksək rütbəli diplomatları da iştirak ediblər.
23 Sentyabr 2016 13:58 DünyaABŞ və Rusiya arasındakı danışıqlar nəticəsiz yekunlaşıb.
Suriyada atəşkəs rejiminin yenidən bərpa olunması ilə bağlı danışıqlarda Avropa İttifaqının və Yaxın Şərqin yüksək rütbəli diplomatları da iştirak ediblər.
BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Nyu-Yorkda keçirilən görüşü "uzun, ağrılı və təəssüfedici" deyə şərh edib.
Qeyd edək ki, sentyabrın 9-da Lavrov və Kerri arasında razılaşdırılmış atəşkəs bir neçə insidentdən sonra pozulub. Əvvəlcə koalisiya qüvvələri Suriya hərbçilərinin mövqelərinə atəş açıb. Daha sonra Suriya ordusu Hələbə gedən humanitar yardım karvanını məhv edib. Qafqazinfo.az