Gündəm

Obamaya məktub: 6 yaşlı uşaq dünyaya DƏRS KEÇDİ

23 Sentyabr 2016 15:26

ABŞ-ın Nyu-York şəhərində yaşayan altı yaşlı Aleks prezident Barak Obamaya məktub yazıb.

Bakıda 9 yaşlı qıza göz dikən manyaka hökm oxundu

23 Sentyabr 2016 15:20

Bu gün 9 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlərdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İsrail XİN: Qarabağda sülh olsa, regionun iqtisadi potensialı güclü olacaq

23 Sentyabr 2016 15:17

"Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesi izləyirik". APA-nın İsrailə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin rəhbəri, İsrailin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz deyib.  

Kamran Həsənli həbs edilə bilər

23 Sentyabr 2016 15:15

Şoumen Kamran Həsənli müğənni Samir Piriyevə qarşı etdiyi dələduzluğa görə, həbs edilə bilər.

Müğənniyə qarşı sərt ittihamlar- VİDEO

23 Sentyabr 2016 15:10

Rezeda Ganiullina adlı tatar müğənninin məscid fonunda çəkdirdiyi klip Rusiyada etirazlara səbəb olub.

Nişanlı qızın bu görüntülərinə görə toy ləğv edildi

23 Sentyabr 2016 15:07

Meksikanın Hermosillo şəhərində toyuna bir neçə ay qalan Emma Alisia Paz Ayala adlı qızın "subaylığa vida" partisi başına iş açıb.

"Venesiya Komissiyasının rəyi anti-azərbaycan qüvvələrin sifarişdir"

23 Sentyabr 2016 15:00

"Venesiya Komissiyasının “Azərbaycan Respublikasının Konstitutsiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair açıqladığı ilkin rəy göstərir ki, həmişə olduğu kimi, Azərbaycanı istəməyən qüvvələr Azərbaycanda həyata keçrilən mühüm ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələr ərəfəsində öz məkrli niyyətlərini həyata keçirtmək üçün hərərkətə keçirlər". Bunu Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev deyib.

700 kiloqramlıq partlayıcı tapıldı

23 Sentyabr 2016 14:57

Bu gün saat 10-48 radələrində Türkiyə Jandarm birlikləri böyük fəlakətin qarşısını alıblar. Diyarbəıkir -Bingöl magistral yolunda əməliyyat keçirən jandarma 700 kiloqramlıq partlayıcı qurğunu aşkarlayaraq zərərsizləşdirib.Olay Çay Təpə bölgəsində baş verib. Partlayıcı quğu 4 ayrı hissədən ibarət olub və bidon ilə qaz balonlarının içinə yerləşdirlib. Hal hazırda hüquq-mühafizə orqanları partlayıcı qurğunu hazırlan şəxslərin saxlanması üçün operativ tədbirlərə start veriblər. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Manisada zəlzələ

23 Sentyabr 2016 14:55

Türkiyənin Qərbində bu səhər saat 10-00 radələrində 3.8 ball gücündə zəlzələ baş verib. Zəlzələ mərkəzi olaraq Manisanın Akhisar rayonunun Zeytunova qəsəbəsinin yaxınlığı müəyyən edilib.Təkanlar yerin 7 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat yoxdur. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Nəsimi rayonunda daha bir “Abad həyət” istifadəyə verilib

23 Sentyabr 2016 14:53

Nəsimi rayonu 4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında “Abad həyət” sakinlərin ixtiyarına verilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir.

Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların icra mexanizmi dəyişdirilir

23 Sentyabr 2016 14:51

İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizm dəyişdirilir.

İki rayonda kartof güvəsi yayılıb

23 Sentyabr 2016 14:49

Şəki rayonundakı bitki və bitkiçilik məhsullarının satışı obyektlərində 195 kq karantin tətbiq edilən zərərli orqanizmlərdən olan kartof güvəsi (Phthorimaea operculella Zell) ilə yoluxmuş, mənşəyi Tovuz rayonuna məxsus olan kartof məhsulu aşkar edilib.

Maliyyə Nazirliyindən KİV-lərə xəbərdarlıq

23 Sentyabr 2016 14:48

“Ötən gün bəzi xəbər saytlarında Maliyyə Nazirliyinin xəzinədarlıq sisteminin çökməsi ilə bağlı əsassız məlumatlar dərc edilib”. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Cəmiyyət konstitusion dəyişiklikləri dəstəkləyir

23 Sentyabr 2016 14:40

“Azərbaycanı zəif dövlət kimi görmək istəyən xaricidəki anti-Azərbaycan qüvvləri Azərbaycanda referendumun keçirilməsinin qarşısını almaq və buna kölgə salmaq üçün Venesiya Komissiyası vasitəsilə nazil olmaq cəhdində bulunurlar”.

Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib 

23 Sentyabr 2016 14:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.