Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların icra mexanizmi dəyişdirilir
İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizm dəyişdirilir.
23 Sentyabr 2016 14:51 Sosialİnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizm dəyişdirilir. Bu barədə Milli Məclisdən verilən məlumata görə, bununla bağlı yeni "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanunu layihəsi hazırlanıb. Qanun layihəsi Milli Məclisin payız sessiyasında qanunvericilik işləri planına daxil edilib. Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.