Nəsimi rayonunda daha bir “Abad həyət” istifadəyə verilib

Nəsimi rayonu 4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında “Abad həyət” sakinlərin ixtiyarına verilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir.

Nəsimi rayonu 4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında "Abad həyət" sakinlərin ixtiyarına verilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir,yolların kənarlarına bardürlər düzülmüşdür.Binanın qarşısında yaşıl qazon döşənmiş və güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətdə işıqlandırma işləri də həll olunmuş, yeni işıq dirəkləri quraşdırılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır.Söhbətgahın döşəməsinə və ətrafına mozaika tipli tamet daşlar döşənmişdir. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün "Abad həyət"də mini futbol meydançası da salınmışdır.Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır. H. Seyidzadə 16 a ünvanının sakinləri öz binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Hal-hazırda Nəsimi rayonunun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31