Avtobusda sürücüyə 80 qəpik vermədi, 6300 ziyana düşdü
Türkiyənin Adana şəhərində avtobusda sürücü ilə sərnişin arasında mübahisə yaranıb.
23 Sentyabr 2016 13:54 DünyaTürkiyənin Adana şəhərində avtobusda sürücü ilə sərnişin arasında mübahisə yaranıb.
"Haberler" xəbər verir ki, sərnişin gediş haqqını (2 lirə, təxminən 80 qəpik) vermək istəməyib. Nəticədə sürücü ilə dalaşmağa başlayıb. Dava zamanı avtobusun şüşəsi qırılıb.
Bələdiyyə avtobusunun şüşəsi sındığına görə sərnişin məhkəməyə verilib. Nəticədə ona 6300 lirə pul cəzası verilib. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31