Gündəm

Arda Turan: "Mənim üçün Fatih Terim bitdi"

12 Oktyabr 2016 11:54

Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə futbolçu Arda Turan arasında gərginlik davam edir.

Sumqayıtda qardaş bacısını amansızlıqla öldürüb

12 Oktyabr 2016 11:51

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 07 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb. Sözügedən massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sevinc Fətəliyeva: “Multikulturalizm ideyasının zəfəri terrorizmə qarşı ən ağır zərbədir”

12 Oktyabr 2016 11:48

AŞPA-nın payız sessiyasının plenar iclasından sonra Fransa Respublikasının Prezidenti Fransua Olland assambleyanın üzvlərinin suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Fransa dövlətinin başçısına belə bir sual ünvanlayıb: “Skeptiklər bildirirlər ki, artıq multikulturalizm siyasəti tənəzzülə uğrayıb. Ancaq təcrübə göstərir ki, kökünü ümumavropa dəyərlərindən götürən multikulturalizm ideyasının zəfəri terrorizmə qarşı ən ağır zərbədir. Digər dinlərə və millətlərə qarşı rəğbətin və xoş məramın hökm sürdüyü cəmiyyətlərdə terrorizmin mənbəyi olan dözümsüzlük və nifrətin artmasına yer yoxdur.

“Ermənistanın törətdiyi cinayətlər miqyasına görə “Panama vərəqləri”ni kölgədə qoyur”

12 Oktyabr 2016 11:49

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının iclasında dinlənilən məruzələr arasında ən qızğın müzakirələr avstriyalı deputat Stefan Şennaxın hazırladığı hesabat ətrafında cərəyan edib. Dünya miqyaslı maliyyə cinayətlərini əhatə edən “Maliyyə və sosial sahədə ədaləti təmin etmək üçün “Panama vərəqləri”ndən alınan dərslər” mövzusunda hazırlanmış məruzə ilə əlaqədar müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov çıxış edib.

Bakcell beynəlxalq zənglərin qiymətini 16 qəpiyə endirdi

12 Oktyabr 2016 11:45

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçiləri üçün dəqiqəsi 2 dəfə ucuz qiymətə istənilən istiqamətdə beynəlxalq zənglər etməyə imkan verən yeni kampaniyaya start verdiyini elan edir.

Eddi İsrafilov porno video yaydı

12 Oktyabr 2016 11:43

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov seks qalmaqalının "qəhrəman"ına çevrilib. Apasport.az xəbər verir ki, milliləşən legionerimiz dostlarını güdaza verməkdə günahlandırılır.

Bakıda ər arvadını şişlədi - ŞOK

12 Oktyabr 2016 11:41

Bakının Xətai rayonunda ər və arvad arasında mübahisə qanlı sonluqla bitib. Naximov küçəsində yaşayan 26 yaşlı Qızbəs Məmmədova ilə həyat yoldaşı arasında mübahisə düşüb. Ər əvvəlcə arvadını döyüb, sonra isə şişlə ona xəsarət yetirib. Yaralı qonşuların çağırdığı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Gülənin vəliəhdi məlum oldu

12 Oktyabr 2016 11:39

Türkiyədə iyulun 15-də hərbi çevriliş cəhdi uğursuz olan Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülən vəliəhdini müəyyənləşdirib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gülən Türkiyəyə qaytarılacağı, yaxud da səhhətində problemlər yaranacağı halda onu Mehmet Əli Şengül əvəz edəcək.

Sevil Əliyevanın ad günüdür

12 Oktyabr 2016 11:37

Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. Sevil Əliyevanın 61 yaşı tamam olub.

Təyyarədə faciə: onu xilas edə bilmədilər

12 Oktyabr 2016 11:35

"Azur Air" aviaşirkətinin Antalya-Moskva reysi ilə uçan Boeing 757 təyyarəsində faciə yaşanıb.

Məşhur aktrisa qızına görə xəstəxanalıq oldu

12 Oktyabr 2016 11:33

Türkiyəli aktrisa Ahu Tuğba səhhəti ilə bağlı problem yaşayır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa mədə qanaxması keçirib. O, Floridada yaşayan qızının qəza keçirdiyini eşidərək, stress keçirib və nəticədə xəstəxanalıq olub.

Hasan Oktay: “Azərbaycan Qafqaz bölgəsində regional gücə çevrilə bilər”

12 Oktyabr 2016 11:31

“İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi regionda yeni bir sülhün təməli kimi də qiymətləndirilə bilər”. Bunu SİA-ya açıqlamasında konqresin yekunlarını şərh edən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib. O xatırladıb ki, Suriyada başlayan, Ukraynada davam edən regional böhran, daha sonra  Türkiyə və Rusiya arasındakı təyyarə olayı regionu döyüş vəziyyətinə gətirdi: “Amerika başda olmaqla Qərb dövlətləri Türkiyəni Ukraynada Rusiyaya qarşı cəbhəyə cəlb etmək istəyirdilər. İstanbulda imzalanmış “Türk axını” sazişi iki il oncə imzalanmalı idi. Lakin ABŞ başda olmaqla Qərb ittifaqı bu anlaşmaya maneə törətmək üçün əlindən gələni etdi. Sonra isə Suriya üzərindən Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoydular.

Tamerlan Vahabov: “Prezident Azərbaycanın müstəqil xarici siyasətini yürüdür”- AÇIQLAMA

12 Oktyabr 2016 11:29

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək fikri tamamilə düzgün və realdır”. Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Elşən Musayev: “Rusiya Azərbaycana çox yaxındır”- AÇIQLAMA

12 Oktyabr 2016 11:28

“Ümumiyyətlə Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında və hətta bir ara düşmənçilik səviyyəsinə qalxan münasibətlərin qardaş səviyyəsinə düşməsində Azərbaycanın və ölkə rəhbərinin böyük rolu var”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Bakıda 219 bina söküləcək - RƏSMİ AÇIQLAMA

12 Oktyabr 2016 11:26

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtdakı istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsünə başlanılıb. Sözügedən qərar çərçivəsində Nərimanov rayonunda 219 qəzalı bina söküləcək, yerində çoxmərtəbəli binalar ucaldılacaq.