Gündəm

Prezidentdən dünyaya mühüm Qarabağ mesajı

12 Oktyabr 2016 12:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ötən həftə sonu Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.  İclasda çıxış edən dövlət başçısı ötən müddət ərzində görülən işləri geniş təhlil edib və gələn il üçün qarşıda duran vəzifələr barəsində fikirlərini bildirib.

"İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”

12 Oktyabr 2016 12:54

Bir vaxtlar şamların, neftlə işləyən çıraqların işıqlandırdığı mənzillər, salonlar, saraylar, ictimai iaşə obyektləri bu gün bər-bəzəkli elektrik lampaları, çır-çıraqlarla əvəz olunub. Günümüzə qədər böyük bir mərhələ və geniş inkişaf yolu keçən elektroenergetika sənayesinin tarixi XIX əsrin 80-ci illərinə təsadüf edir. Tarixə qısa nəzər salsaq görərik ki,   Azərbaycanda elektroenergetikanın əsası 1883-cü ildə Bakıda hər biri 16 at gücündə olan iki buxar turbinin quraşdırılması ilə qoyulub.

Ukraynada yaşayan azərbaycanlıların taleyini Azərbaycan rəhbərliyi ciddi nəzarətdə saxlayır

12 Oktyabr 2016 12:51

Son vaxtlar Ukraynanın bəzi vilayət və şəhərlərində azərbaycanlılara qarşı xoşagəlməz hallar baş verməkdədir. Belə ki, Ukraynanın erməni əsilli yeni daxili işlər naziri fəaliyyətə başladığı ilk gündən əsas hədəf kimi bu ölkədə yaşayan azərbaycanlıları seçib. Artıq bir neçə həftədir ki, Ukraynada yaşayan azərbaycalılar yerli polis tərəfindən qanunsuz müdaxilələr, təqib və təzyiqlərlə üzləşirlər.

Sarkisyan müxalifətə keçən məmuru işdən çıxardı

12 Oktyabr 2016 12:48

Ermənistan Prezident Administrasiyasının rəhbərinin müavini Viktor Dallakyan tutduğu vəzifədən azad olunub. Azvision.az bildirir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan sərəncam imzalayıb. 

Rəsmilər də qan verdilər

12 Oktyabr 2016 12:47

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Milli Məclisin deputatı Səyavuş Novruzov və bir çox dini konfessiyaların rəhbərləri Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında iştirak ediblər.

Nə ad, nə də soyad olduğu bilinən adlar

12 Oktyabr 2016 12:45

Azərbaycanda son illərdə uşaqlara qoyulan adlar arasında nəinki eyni adın müxtəlif formada qoyulması hallarına rast gəlinir, bəzi adların hətta nə ad, nə də soyad olduğu dəqiq başa düşülmür.

Arıqlamaq istəyən qız xəstəxanada öldü

12 Oktyabr 2016 12:42

Türkiyədə 27 yaşlı qadının arıqlamaq istəyi onun ölümü ilə nəticələnib. Milli.Az NTV-yə istinadla bildirir ki, Sakaryanın Pamukova mahalında artıq çəkilərindən azad olmaq üçün mədə kiçiltmə əməliyyatı keçirən 27 yaşlı Ebru Çoban xəstəxanada dünyasını dəyişib.

Dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxılıblar

12 Oktyabr 2016 12:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vasif Çərkəzov və 1987-ci il təvəllüdlü Vüqar Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rusiyadan ABŞ-a zərbə 

12 Oktyabr 2016 12:30

Rusiya soyuq müharibə apardığı ABŞ-a daha bir zərbə vurmağı planlaşdırır. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, rəsmi Moskva ölkədə ABŞ istehsalı olan dünyanın ən nəhəng və çox işlənən proqramı “Microsoft”un istifadəsinin qarşısını almağı hədəfləyib.

Azərbaycanın mövqeyi dəyişməzdir

12 Oktyabr 2016 12:29

“Hesab edirəm ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çox mühüm mesajlar verdi”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Rusiyada ŞOK

12 Oktyabr 2016 12:28

Moskva Şəhər İstintaq İdarəsində şok yaşanıb.

Vergidən yayındılar....

12 Oktyabr 2016 12:07

2016-cı ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq  fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 339 cinayət işi üzrə aparılan araşdırmalar zamanı  54 milyon 14 min manat  vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 9 milyon 751 min manat çoxdur.

"Cinayəti" ayaqqabısının dabanında gizlətdi

12 Oktyabr 2016 12:04

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar edilib.

İşsizlərə şad xəbər

12 Oktyabr 2016 11:59

Azərbaycanda "İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Bunu modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Şəhərdə vəziyyət necədir? - Yol polisindən açıqlama

12 Oktyabr 2016 11:56

"Hazırda paytaxtda təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Bu saata qədər asayişi pozanlara rast gəlinməyib".