Gündəm

Yeni Qvineyada zəlzələ baş verib

12 Oktyabr 2016 11:24

Yeni Qvineyada 5.7 bal gücündə zəlzələ baş verib. Trend bildirir ki, zəlzələnin episentri Kokopo şəhərindən 175 kilometr cənub-şərqdə olub. Zəlzələnin ocağı 22 kilometr dərinlikdə yerləşib.

Cavid Hüseynovdan XƏBƏR VAR

12 Oktyabr 2016 11:20

Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Nazir: "Azərbaycana bu il gələn turistlərin sayı 11 faiz artıb"

12 Oktyabr 2016 11:19

Azərbaycana bu ilin doqquz ayında gələn turistlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz artıb. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllıda "Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusuna həsr olunan müşavirədə çıxış edərkən deyib.

Aygün 90 minlik maşınını satdı?

12 Oktyabr 2016 11:16

Bu gün Aygün Kazımovanın avtomobilini satması ilə bağlı xəbərlər yayılıb.   Milli.Az xəbər verir ki, müğənninin mətbuat katibinin verdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. Müğənni avtomobilini satmağı belə düşünmür. Maşın hazırda müğənninin həyətindədir.

Nazirlikdən XƏBƏRDARLIQ: Vaxt bitdi!

12 Oktyabr 2016 11:14

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Putinin köməkçisi vəzifəsindən gedir?

12 Oktyabr 2016 11:12

Rusiya prezidenti Vladimir Putinin məbuat katibi Dmitri Peskov yeni vəzifə ala bilər. Virtualaz bildirir ki, D.Peskov ölkə başçısının beynəlxalq məsələlər üzrə köməkçisi təyin edilə bilər.

Bu dəfə Ankarada 215 FETÖ-çü tutuldu

12 Oktyabr 2016 11:10

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fətullah Gülən hərəkatına qarşı əməliyyatlar davam edir.

Fuad Ələsgərov: "Azərbaycan əmək miqrantlarının axın etdiyi ölkəyə çevrilir"

12 Oktyabr 2016 11:03

Azərbaycanda "ASAN Visa" xidməti noyabrda işə başlayacaq. Trend bildirir ki, bu barədə Azərbaycan prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən MDB ölkələri Miqrasiya orqanlarının rəhbərləri Şurasının XIX iclasında deyib.

Alimlər inqilabi akkumulyatorlar icad ediblər

11 Oktyabr 2016 20:00

Cənubi Koreya alimlər qrupu unikal xüsusiyyətlərə malik akkumulyatorların istehsalı üzrə yeni texnologiya hazırlayıb. Bu haqda “Younhapnews” informasiya agentliyi məlumat verib.

“Skype” proqramında rus dili üçün sinxron tərcümə istifadəyə verilib

11 Oktyabr 2016 19:53

2015-ci ilin payızından "Skype" proqramında əlçatan olan danışığın sinxron səsli tərcümə xidməti bu gündən rus dilini də dəstəkləyir. Sözügedən funksiya rus dilində danışan istifadəçilərə ingilis, ispan, Çin, italyan, fransız, Braziliya portuqalı, alman və ya ərəb dillərini bilmədən bu dillərin daşıyıcıları ilə ünsiyyət saxlamağa imkan verir.

Dünyada insan beyninə oxşar ilk neyron şəbəkə yaradılıb

11 Oktyabr 2016 19:48

Sauthempton Universitetinin əməkdaşları hazırda dünyada analoqu olmayan unikal neyron şəbəkəsi hazırlayıblar. Neyron şəbəkənin işi memristorlardan istifadəyə əsaslanır. Bundan əvvəl süni intellekt sistemlərində memristorlardan istifadə imkanı qeyri-mümkün hesab edilirdi. Bununla belə, memristorlar öz perspektivliliyini sübut ediblər, çünki alimlər tərəfindən qurulmuş şəbəkə tamamilə işləkdir.

Britaniyada işə qəbul zamanı ilk dəfə virtual reallıq texnologiyası tətbiq edilib

11 Oktyabr 2016 19:42

Müsahibə zamanı virtual reallıq dünyasında öz bacarıqlarınızı nümayiş etdirməyə hazır olun. Britaniyalılar ilk dəfə namizədlərin seçimində sözügedən texnologiyanı sınaqdan keçiriblər.

“Samsung Galaxy S8” fevralın sonunda təqdim ediləcək

11 Oktyabr 2016 19:37

"Samsung” şirkətinin qabaqcıl smartfonlarının təqdimatı ənənəvi olaraq ayların əvvəlində keçirilir, lakin artıq internetdə "Galaxy S8” qurğusunun hansı funksiyalarla təchiz ediləcəyi barədə şayiələr yayılmağa başlayıb. 

Hidrogen yanacağı ilə işləyən effektiv bərə yaradılıb

11 Oktyabr 2016 19:32

ABŞ Energetika Nazirliyinin Sandia Milli Laboratoriyasının (Sandia National Laboratories) tədqiqatçılar qrupu digər bütün su nəqliyyat vasitələrinə rəqib ola biləcək hidrogen yanacağı ilə işləyən sərnişin bərəsi hazırlayıb.   

Yıldız Tilbedən 8 ildir küsülü olduğu İbrahim Tatlısesə jest

11 Oktyabr 2016 19:27

Müğənni Yıldız Tilbe 8 ildir küsülü olduğu həmkarı İbrahim Tatlıses haqda maraqlı açıqlamalar verib.