Arda Turan: "Mənim üçün Fatih Terim bitdi"

Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə futbolçu Arda Turan arasında gərginlik davam edir.

Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə futbolçu Arda Turan arasında gərginlik davam edir.

Trend bildirir ki, bununla bağlı yeni faktlar üzə çıxıb. Qeyd olunur ki, komandanın Avro-2016-ya hazırlaşdığı Antalya təlim-məşq toplanışı zamanı A.Turanla F.Terim arasında taktika məsələsi ilə bağlı mübahisə yaşanıb.

F.Terimin köməkçilərindən olan Bülent Bayraktar A.Turanı sakitləşdirmək üçün futbolçuya deyib: "Narahat olma, sizi barışdıracağam". A.Turan isə cavabında deyib: "Mənim üçün Fatih Terim bitdi. Bundan sonra onunla barışmağım mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31