Gündəm
Türkiyədə “Kurtlar Vadisi”ni çəkən şirkət haqqında çevriliş cəhdi ilə əlaqədar təhqiqat başlayıb
İstanbul Baş Prokurorluğu məşhur “Kurtlar Vadisi” teleserialını çəkən “Pana Film” haqqında təhqiqata başlayıb.
Azərbaycan bazarına çıxmaq istəyən rus şirkətləri iqtisadi vəziyyəti nəzərə almalıdır
Hazırda Azərbaycanda 600 Rusiya şirkəti fəaliyyət göstərir. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Eldar Tlyabiçev bildirib.
Prezident İlham Əliyev və Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Oktyabrın 14-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Nəvaz Şəriflə geniş tərkibdə danışıqları olub.
Məşhur alimdən qorxulu xəbərdarlıq
Bəşəriyyət kosmosu mənimsəməli və son nəticədə Yerdən kənarda məskunlaşmalıdır, əks halda məhvə məhkumdur. Bu fikri dünya şöhrətli Britaniya nəzəriyyəçi-fiziki Stiven Hokinq Sidney Opera Teatrında translyasiya olunan mühazirə zamanı deyib.
Üzərlik o qədər çox dərdə dərmandır ki...
Üzərlik Azərbaycanın yarımsəhra rayonlarında bitir. Həkimlə məsləhətləşmədən onu daxilə qəbul еtmək olmaz – dozası artıq olarsa, zəhərlənmək təhlükəsi gözlənilir. XVII əsrdə yaşayan Hacı Sülеyman İrəvaniyə görə, üzərliyi 4 il saxlamaq olar, ondan sonra o, öz müalicəvi xüsusiyyətini itirir.
Gözaltı qaraltılardan xilas olun - Kartof və süd...
Gözaltı qaraltılar... Demək olar ki, insanların əsləriyyəti bu problemdən əziyyət çəkir. Lakin narahat olmağa dəyməz. Bunun da həll yolu var.
Bu qidalar sizi qripdən qoruyacaq - SİYAHI
Qış aylarında havaların soyuması ilə yanaşı qapalı məkanlarda daha çox vaxt keçirmək, ictimai nəqliyyat vasitələrindən mütəmadi istifadə etmək, asqıran və öskürən insanlarla eyni ortamda olmaq bakteriya və virusların yayılmasına səbəb olur. Amma artan qrip və soyuqdəymə hallarından qorunmaq, şikayətləri azaltmaq və daha tez sağalmaq mümkündür. Bəs dərman istifadə etmədən mətbəximizdəki təbii qidalardan antibiotik kimi yararlana bilərikmi?
Saçları ağaranlara TƏBİİ ÜSUL: soğanı iki yerə bölün...
Qadınların ən böyük narahatlıqlarından biri də ağaran saçlardır. Saçına rəng qoymaq istəməyən xanımlar bəzi təbii üsullarla saç ağarmasının qarşısını ala bilərlər. Bu üsullardan biri də saça soğan sürtməkdir. Aile.lent.az bununla bağlı məlumatı təqdim edir.
Köhnə "Kösəm Sultan"dan yenisinə: "Bütün qəlbimlə..."
"Möhtəşəm yüz il: Kösəm"in ilk seriyalarında çəkilən yunan aktrisa Anastasia Tsilimpiou Nurgül Yeşilçaya səslənib.
Türkiyə və İsrail 10 günə səfirlər təyin edəcəklər
Türkiyə və İsrail 10 gün ərzində qarşılıqlı olaraq səfirlər təyin edəcəklər. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib.
Cenevrə aeroportunda şübhəli terrorçu saxlanıldı
Cenevrə hava limanında üzərindəki bombanı partlatmağa hazırlaşan şübhəli terrorçu saxlanılıb.
Bakıda yüksək səviyyəli ekspertlər iclası keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Bakıda Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir (“Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs”) keçirir. Fonddan “OLAYLAR”-a bildirilib ki, tədbirdə Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçiləri və ekspertləri iştirakı edir.
Azərbaycan birinciliyi keçirilib
“Sərhədçi” Olimpiya İdman Mərkəzində 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib. GİN-dən “OLAYLAR”-a daxil olan xəbərə görə, Nazirliyin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan U23 yarışlarında respublikamızın müxtəlif bölgələrindən 300-ə yaxın cüdoçu mübarizə aparıb. 78 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Həsənli Günel qızıl medalla, 52 kq çəki dərəcəsində Mehdiyeva Zəhra fəxri kürsünün 3-cü pilləsində yerini tutumaqla bürünc medalla, 57 kq çəki dərəcəsində Məmmədova Şəfiqə fəxri kürsünün 3-cü pillləsində yerini tutmaqla bürünc medalla və müvafiq diplomlarla təltif edilib.
Azərbaycanda bankomatlar işləməyəcək
"AzeriСard" prosessinq mərkəzi sistemin texniki yenilənməsini həyata keçirəcək. Bu barədə Trend-ə "AzeriСard"dan bildiriblər.
General Qulam Yəhyanın 110 illik yubileyi qeyd olundu
Görkəmli ictimai-siyasi xadim, inqilabçı, Azərbaycan Demokrat Firqəsinə uzun illər sədrlik edən general Qulam Yəhya Daneşaninin anadan olmasının 110 illik yubileyi dünən «Mübarizədə keçən ömür» silsiləsindən tədbirlərlə yadda qalıb. «İranlı Mühacirlər Cəmiyyəti» İctimai Birliyinin həyata keçirdiyi həmin tədbirlərdə bu qurumun üzvləri ilə yanaşı müxtəlif təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.














