Bakıda yüksək səviyyəli ekspertlər iclası keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Bakıda Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir (“Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs”) keçirir. Fonddan “OLAYLAR”-a bildirilib ki, tədbirdə Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçiləri və ekspertləri iştirakı edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Bakıda Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış "HORİZON-2020" Proqramı hüdudlarında fəaliyyət göstərən "Black Sea Horizon" (BSH) və "EaP PLUS" layihələri çərçivəsində elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir ("Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs") keçirir. Fonddan "OLAYLAR"-a bildirilib ki, tədbirdə Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (ERA.NET) daxil olan qurumların, Avropa İttifaqının üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələrinin və Şərq Tərəfdaşlığı ölkələrinin təmsilçiləri və ekspertləri iştirakı edir. Tədbirin həmtəşkilatçısı Yunanıstanda fəaliyyət göstərən "Regional və Beynəlxalq Elm, texnologiya və innovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi"idir (CeRISS). Tədbirə Avropadan (Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan, Moldova) və Azərbaycandan tanınmış ekspertlər qatılıb. 2 gün davam edəcək iclasda Avropa İttifaqı ölkələri ilə bu İttifaqın üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələri və Şərq Tərəfdaşlığı ölkələrinin alimləri arasında elmi əməkdaşlığın perspektivləri, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (ERA.NET) üzrə müxtəlif tədqiqat proqramları (mədəni irs, bioiqtisadiyyat, materialşünaslıq, iqlim, qlobal urban və demoqrafiya problemləri) üzrə Avropa çərçivəsində birgə həll yolları məruzə ediləcək, Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsi haqqında məlumat veriləcək, cari vəziyyət, problemlər və uğurlar, perspektivlər müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31