Türkiyə və İsrail 10 günə səfirlər təyin edəcəklər

Türkiyə və İsrail 10 gün ərzində qarşılıqlı olaraq səfirlər təyin edəcəklər. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib.

Türkiyə və İsrail 10 gün ərzində qarşılıqlı olaraq səfirlər təyin edəcəklər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib.

O qeyd edib: "Bununla bağlı işlər davam edir. Xarici İşlər Nazirliyi vaxtı gələndə lazımi açıqlama verəcək. Düşünürəm ki, bir həftə - 10 gün ərzində qarşılıqlı olaraq səfirlərin təyin edilməsi müddəti də başa çatacaq".

Lakin İ.Kalın yeni səfirlərin adını çəkməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31