Azərbaycanda bankomatlar işləməyəcək
"AzeriСard" prosessinq mərkəzi sistemin texniki yenilənməsini həyata keçirəcək. Bu barədə Trend-ə "AzeriСard"dan bildiriblər.
13 Oktyabr 2016 18:48 Sosial"AzeriСard" prosessinq mərkəzi sistemin texniki yenilənməsini həyata keçirəcək.
Bu barədə Trend-ə "AzeriСard"dan bildiriblər.
Sistemin yenilənməsi ilə əlaqədar oktyabrın 14-də gecə saat 01:00-dan səhər saat 06:00-a qədər "AzeriСard" prosessinq mərkəzinin işi müvəqqəti dayandırılacaq.
"AzeriСard"dan onu da qeyd ediblər ki, proqram təminatının yenilənməsi planlı şəkildə aparılan tədbirdir.
Qeyd edək ki, "AzeriСard" prosessinq mərkəzinin xidmət göstərdiyi bankların sayı 31-dir. Azərbaycanda 32 bank fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31