Gündəm
Azərbaycanda piratçılığın səviyyəsi 31 faiz aşağı düşüb
"Azərbaycan digər sahələrdə olduğu kimi müəllif hüquqları sahəsində də öz nüfuzu ilə seçilir". SIA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, Azərbaycan piratçılığa qarşı beynəlxalq mübarizənin fəal iştirakçılarından biridir: “Müəllif Hüquqları Agentliyi aidiyyəti dövlət qurumları ilə birlikdə keçirdiyi müvafiq tədbirlər nəticəsində son illər ölkəmizdə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31 faiz, audio-video məhsulları bazarında 25, proqram təminatında 11 faiz aşağı düşüb”.
Tramp divarı olacaq, ya yox?
"Cinayətkar olan, əvvəllər cinayətlər törətmiş şəxsləri, banda üzvləri, narkotacirləri deportasiya etmək istəyirik. Bu insanlar çoxdur - iki, bəlkə də üç milyon. Onları ya ölkədən deportasiya edəcək, ya da həbsxanaya salacağıq".
Bu tortun qiyməti 75 milyon dollardır
Böyük Britaniyadan olan dizayner Debbi Vinqhem dünyanın ən bahalı tortunu hazırlayıb. Olaylar.az axşam.az-a istinadən bildirir ki, 50 milyon funt sterlinqə başa gələn tort bir ərəb ailəsinin sifarişi ilə hazırlanıb. Ailə qızlarının ad günün və nişanını bu tortlar qeyd edəcəklər.
Avtoritet yaralandı: Moskvada mafiya savaşa başlayır
Moskvada tacik mafiyası - avtoritetlər Hacı Abucabbar və Lutfulla tərəfdarları arasında müharibə başlayır.
ABŞ erməniləri Azərbaycana və Türkiyəyə qarşı sanksiyalara çağırdılar
Donald Trampın seçkilərdəki qələbəsindən sonra sarsıdıcı zərbə alaraq nokdaun vəziyyətinə düşmüş ABŞ-dakı erməni diasporu nokaut olmamış özünə gəlməyə başlayıb. Seçkidən əvvəl və seçkilər dövründə bütün ümidlərini demokratlara bağlayan və onların namizədi Hillari Klintona hərtərəfli dəstək verən ABŞ erməniləri məğlubiyyətdən sonra bütün nifrətlərini yenidən Azərbaycana və Türkiyəyə qarşı yönəldiblər.
Tramp danışdı: "Məndən qorxmayın!" - VİDEO
Prezident postunda işləməyə başlayandan sonra dövlət başçısına verilən maaşdan imtina edəcəyəm. Bu barədə indiyədək danışmamışam, amma indi söyləyirəm - yox, maaş istəmirəm.
Şamaxıda TƏHLÜKƏ - Evlərə ziyan dəydi
Şamaxı rayonu ərazisində torpaq sürüşməsi aktivləşib. Olaylar.az report-a istinadən bildirir ki, rayonun Mədrəsə kəndində torpaq sürüşməsi davam edir. Ərazidə yaşayış evləri ilə yanaşı 40 hektara qədər pay torpağı və otlaq sahəsi sürüşməyə məruz qalıb.
Son dəqiqə: Mikroavtobus evə girdi - Ölən və yaralananlar var
Adanada işçiləri daşıyan mikroavtobus evin divarına çırpılıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, nəticədə 3 nəfər ölüb, 4-ü ağır olmaqla 8 nəfər isə yaralanıb.
Məşhur serial mükafatı geri qaytardı
43-cü "Altın Kelebek" mükafatları öz sahiblərinə təqdim olunub. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecədə ilin ən yaxşı serialı olan "Diriliş Ertuğrul" mükafatını geri qaytarıb.
Türkiyə xüsusi təyinatlıları İŞİD-in nəzarətindəki şəhərə girdilər - YENİLƏNİB
İŞİD terror qruplaşmasının əlindəki Suriyanın Əl-Bab şəhərinə Türkiyə Silahlı Qüvvələrin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) irəliləyişi davam edir.
Millimizin üzvü Yaponiyada ən dəyərli voleybolçu seçildi
Qadın voleybolçular arasında Yaponiya çempionatında V turun matçları keçirilib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Toyota" "Toray"ın qonağı olub.
Evans Azərbaycan millisini rəqib saymadı
Hələ oyundan əvvəl bu matçın önəmi barədə öz aramızda söhbət etmişdik. 4 aylıq fasilə öncəsi qalib gəlib, ikinci pilləyə yüksəlmək istəyirdik. Bunu da bacardıq.
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı ilk rəsmi səfərini Türkiyəyə etməyə çağırıb.
Çində növbəti devalvasiya olub
Çinin Xalq Bankı bu ölkənin milli valyutası olan yuanın dollara qarşı məzənnəsini 0,26% zəiflədib.
BMT baş katibi: “Dünyada 422 milyon nəfər diabetdən əziyyət çəkir”
“Diabet bütün dünyada zəif görmənin və görmə qabiliyyətinin itməsinin əsas səbəblərindən biridir. Bu dəyişikliklər ağrısız və tədricən baş verdiyi üçün insanlar çox vaxtı yalnız görmə qabiliyyəti tamam pisləşdiyi vaxt problemin olduğunu dərk edirlər. Bu mərhələdə görməni yaxşılaşdırmaq və ya bərpa etmə etmək üçün çox gec ola bilər”.














