Gündəm

Azərbaycan Silahlı Qüvvələri öz torpağında təlimlər keçirir

14 Noyabr 2016 12:17

Cənab Kozlariç, Azərbaycan Silahlı Qüvvələri öz torpağında təlimlər keçirir. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter-dəki səhifəsində yazıb.

Hillari Klinton boşanır

14 Noyabr 2016 12:15

ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampa uduzmuş sabiq dövlət katibi Hillari Klintonərindən, sabiq prezident, 70 yaşlı Bill Klintondan boşanmağa hazırlaşır.

Türkiyənin bir vilayətində komendant saatı ləğv edildi

14 Noyabr 2016 12:14

Türkiyənin Şırnak vilayətində komendant saatı ləğv edilib. Olaylar.az bildirir ki, bu barədə Trend Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan-Rusiya sərhədində SON VƏZİYYƏT

14 Noyabr 2016 12:11

Xaçmaz Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.

Putinlə Trampın mümkün görüşünün vaxtı açıqlandı

14 Noyabr 2016 12:08

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya (andiçmə) mərasiminə kimi (2017-ci il yanvarın 20-si - red.) Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər. Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Akif Çovdarov məhkəməyə gətirilmədi - SƏBƏB

14 Noyabr 2016 12:02

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 MTN əməkdaşının məhkəmə prosesi təxirə salınıb.

Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub

14 Noyabr 2016 11:59

"Şərq qapısı" qəzeti xəbər verir ki, noyabrın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub.

Naxçıvanda əhaliyə göstərilən səyyari xidmət daşınmaz əmlakın qeydiyyatını sadələşdirib

14 Noyabr 2016 11:58

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində əhaliyə səyyari xidmət göstərilir. Səyyari xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və digər xidmətlər göstərilir.

Audio kitabxananın fəal dinləyiciləri mükafatlandırılıb

14 Noyabr 2016 11:53

Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio kitabxananın fəal dinləyicilərinin iştirakı ilə görüş keçirilib. "Şərq qapısı" qəzeti xəbər verir ki, tədbirdə 5 nəfər görmə məhdudiyyəti olan fəal dinləyiciyə hədiyyələr təqdim edilib.

Hüseyn Saraçlının 100 illik yubileyinə layiqli töhfə

14 Noyabr 2016 11:51

Bu günlərdə XX əsrdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna xidmətləri olmuş ustad aşıq Hüseyn Saraçlının “Nəğməli sinəmdə yüz dastan yatır” adlı kitabı işıq üzü görüb. El ağsaqqalı Həbibov Məhəmməd Abdulla oğlunun dəstəyi ilə Bakıda “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş kitabın tərtibçisi və redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, məsləhətçi Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, rəyçi isə professor Şurəddin Məmmədlidir. Kitaba ustad aşığın qoşmaları, gəraylıları, deyişmələri və dastan repertuarından seçmələr daxil edilib.

Səyyar ASAN xidmət Astara, İmişli, Qazax və Sumqayıtda

14 Noyabr 2016 11:50

Səyyar ASAN xidmət 14 noyabr - 13 dekabr tarixində Astarada, 14 - 28 noyabr tarixində isə İmişli, Qazax və Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

İrəvan küçələri qana boyandı

14 Noyabr 2016 11:47

Ölən və yaralanan var Ermənistanın paytaxtı İrəvanda güclü atışma baş verib. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, hadisə ötən gün yerli vaxtla saat 17:15 radələrində baş verib. 

Tramp Meksikanı hədələdi: "Əgər razı olmasalar..."

14 Noyabr 2016 11:45

Donald Tramp seçki marafonu boyunca dəfələrlə bəyan etmişdi ki, ABŞ prezidenti seçiləcəyi təqdirdə Meksikayla sərhəddə divar hörəcək. 

Rusiya Ermənistanla birgə qoşun yaradır

14 Noyabr 2016 11:42

Putin sərəncam verdi Rusiya prezidenti Vladimir Putin iki ölkənin birgə qoşun qruplaşmasının yaradılması ilə bağlı Ermənistanla əldə edilən sazişi təsdiqləyən sərəncam imzalayıb. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiya Müdafiə Nazirliyinə XİN-in iştirakı ilə Ermənistan tərəfiylə danışıqlar aparması tapşırılır.

Bakı Mühəndislik Universitetinin yaradılması digərlərinin ləğvinə zəmin yaratmayacaq 

14 Noyabr 2016 11:38

"Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər sadəcə şayiədir". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında eyib.