Azərbaycanda piratçılığın səviyyəsi 31 faiz aşağı düşüb
"Azərbaycan digər sahələrdə olduğu kimi müəllif hüquqları sahəsində də öz nüfuzu ilə seçilir". SIA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, Azərbaycan piratçılığa qarşı beynəlxalq mübarizənin fəal iştirakçılarından biridir: “Müəllif Hüquqları Agentliyi aidiyyəti dövlət qurumları ilə birlikdə keçirdiyi müvafiq tədbirlər nəticəsində son illər ölkəmizdə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31 faiz, audio-video məhsulları bazarında 25, proqram təminatında 11 faiz aşağı düşüb”.
14 Noyabr 2016 11:37 Sosial"Azərbaycan digər sahələrdə olduğu kimi müəllif hüquqları sahəsində də öz nüfuzu ilə seçilir". SIA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, Azərbaycan piratçılığa qarşı beynəlxalq mübarizənin fəal iştirakçılarından biridir: "Müəllif Hüquqları Agentliyi aidiyyəti dövlət qurumları ilə birlikdə keçirdiyi müvafiq tədbirlər nəticəsində son illər ölkəmizdə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31 faiz, audio-video məhsulları bazarında 25, proqram təminatında 11 faiz aşağı düşüb".
K. İmanov qeyd edib ki, agentlik erməni plagiatçılığı istiqamətində də bir sıra tədbirlər həyata keçirilib: "Məsələn, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalar və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri"nin erməni milli dəyəri kimi YUNESKO-nun Dünya Mədəni İrs sihahısına daxil edilməsi üçün məsələ qaldırılması ilə əlaqədar agentliyin tarixi faktlara, elmi və etimoloji əsaslara, mənbələrə istinadla hazıladığı arayış və şərhlərdə erməni iddialarının əsassızlığı göstərilib". Olaylar.az