Gündəm

“Samur” gömrük postunda sıxlıq aradan qaldırılıb 

15 Noyabr 2016 17:55

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Rusiya tərəfindəki sərhəd keçid məntəqəsinin buraxılış potensialının aşağı olması ilə əlaqədar son günlərdə “Samur” gömrük postunda yaranan sıxlıq Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya tərəfi ilə apardığı intensiv danışıqlar nəticəsində aradan qaldırılıb. Belə ki, 11-13 noyabr tarixlərində 475 yük avtomobilinin sərhəddən keçməsi təmin olunub. Noyabrın 14-də isə daha 215 avtonəqliyyat vasitəsi sərhədi keçib.Hazırda “Samur” gömrük postu gündəlik iş rejimində fəaliyyətini davam etdirir və sərhəd-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur.

Rusiya-Ermənistan ordu qruplaşmasının yaradılması çox təhlükəli tendensiyadır

15 Noyabr 2016 17:52

Rusiya prezidenti Vladimir PutinRusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsi çox təhlükəli bir tendensiyadır, Cənubi Qafqazı təhdid edən bir situasiya yaradır”.

Siqareti tərgitmək üçün müraciət edənlər arasında 15 yaşlı uşaq da var

15 Noyabr 2016 17:49

Azərbaycanda ilk dəfə olaraq, yaradılan tütündən imtina üzrə kabinetə siqareti tərgitmək üçün daha çox yaşı 25-dən 65-dək olan və 5 ildən çox siqaret çəkənlər müraciət edirlər.

Ruhani İrəvana gedir

15 Noyabr 2016 17:48

İran prezidenti Həsən Ruhani gələn həftə Ermənistanın paytaxtı İrəvana səfər edəcək. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, Ruhani Serj Sarkisyanın dəvəti ilə bu ölkəyə gedəcək. 

Azərbaycanlı tələbə "O səs Türkiyə"də "Sarı gəlin" oxudu - VİDEO

15 Noyabr 2016 17:46

Dünən "O səs Türkiyə"də daha bir azərbaycanlı səhnəyə çıxıb. Olaylar.az axşam.az-a istinadən bildirir ki, Eskişehirdə təhsil alan Zərrin Mahmudoğlu "Sarı gəlin" xalq mahnısını ifa edib.

"Xədicə İsmayıl müxalifətin İlhamə Quliyevasıdır" - Qalmaqal

15 Noyabr 2016 17:44

Azərbaycan siyasətində bir qrup adamın məqsədi yalnız insanları qaralamaq, çamur atmaqdır. 

İlhamə Quliyevanın köməkçisi ifadə verməkdən imtina etdi

15 Noyabr 2016 17:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisiMehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Həkimlər sınıqçıların hansı sirrini çözə bilmirlər?

15 Noyabr 2016 17:39

Tibb elminin inkişafı, hələ də xalq təbabətini aradan çıxara bilməyib. Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır. Olaylar.az xəbər verir ki, sputnik.az-ın əməkdaşı sınıqçıların nə dərəcədə peşəkar olması və insanların marağını hansı cəhətləri ilə özünə cəlb etməsini araşdırmağa çalışıb.

"Qızıl Məryəm"in qətlini sifariş verən qızının İLGİNC MƏHKƏMƏ İFADƏSİ

15 Noyabr 2016 17:36

Anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, ittihama görə, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə onun üzərində çoxsaylı xəsarət olan meyiti aşkar edilib. 

Putin həbs edilən nazirin yerinə onu gətirdi

15 Noyabr 2016 17:34

Rusiyanın iqtisadi inkişaf naziri postuna nazir müavini vəzifəsini icra edən Yevgeny Yelin gətirilib.

Suraxanıda ölüm faktının üstü açılıb

15 Noyabr 2016 16:55

Suraxanı rayonunda cinayət hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Bakı şəhər sakini Zakir Məmmədova ölümlə nəticələnən qəsdən ağır xəsarət yetirməkdə şübhəli bilinən Şəki rayon sakinləri Mehman Qarayev və Pərviz Məmmədov tutulublar. Araşdırma aparılır. 

Laçın sakinindən sənədsiz tüfəng götürülüb

15 Noyabr 2016 16:54

Laçın rayon sakinində odlu silah aşkar edilb. DİN-dən verilən məlumata görə, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini Bəbirxan Şahmuradovdan müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng və 17 ədəd patron götürülüb.

Səbaildə qeyri-müəyyən bıçaqlama hadisəsi baş verib

15 Noyabr 2016 16:53

Noyabrın 15-də 03 radələrində Səbail rayonu ərazisindən 20-25 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, hazırda hadisəni törədənin müəyyən edilib tutulması istiqamətində Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Keçmiş məhkumdan silah və narkotik v asitə götürülüb

15 Noyabr 2016 16:51

Sabirabad sakinindən odli silah götürülüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Sabirabad rayon sakini Səftər İmanovdan "Makarov" markalı tapança, patron darağı, 5 ədəd patron və 91,275 qram marixuana götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçildi

15 Noyabr 2016 16:48

Noyabrın 15-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki konfransı keçirilib. “Olaylar” xəbər verir ki, AQC İdarə Heyətinin sədrinin və MNTK sədrinin hesabatı dinlənilib.