İlhamə Quliyevanın köməkçisi ifadə verməkdən imtina etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisiMehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
15 Noyabr 2016 17:43 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisiMehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili vəsatət verərək əlavə şahidlərin çağırılmasını istəyib, vəsatət baxılmamış saxlanılıb.
Məhkəmədə təqsirləndirilən M.Hüseynovaya sərbəst ifadə vermək təklif edilsə də, o, bundan imtina edib. Çıxış etmək üçün vaxt istəyib. Buna görə də proses təxirə salınıb.
Məhkəmə prosesi noyabrın 22-də davam etdiriləcək.