Gündəm
İsrail Türkiyəyə səfir təyin etdi: 6 il sonra
İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq. O, indiyədək İsrailin Böyük Britaniyadakı səfirliyinin müşaviri işləyirdi.
9 ayda 9 mindən çox boşanma
Bu ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən Azərbaycanda 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.
"İrəvan Qarabağ danışıqlarının formal iştirakçısına çevriləcək"
Rusiya-Ermənistan birləşmiş ordu qruplaşması Ermənistanın müdafiə qabiliyyətini yüksəldəcək, bu ölkənin silahlı qüvvələri Rusiyanın resurslarına çıxış əldə edəcək. Olaylar.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə rusiyalı siyasi analitik Oleq Kuznetsovun "vesti.az" saytında yer alan məqaləsində deyilir.
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 79 min nəfər və ya 0,8% artaraq 2016-cı il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 784,6 min nəfərə çatıb. Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.
Konstitusiya Məhkəməsi Plenumunun icıası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
“Aprel döyüşləri bizim şanlı qələbəmizdir”
Prezident: “Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar” Azərbaycan ordusunun günü-gündən artan nüfuzu beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Ordunun ən müasir silahlarla təmin edilməsi, əsgər və zabitlərin sosial problemlərinin həlli nəticə etibarilə hərbçilər arasında ruh yüksəkliyi yaradıb. Azərbaycan ordusunun mütəmadi şəkildə təşkil etdiyi hərbi təlimlər isə işğal altında olan torpaqların geri qaytarılmasına hesablanıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb.
4 yaşlı uşağı zorlayanı linç edib öldürdülər - VİDEO
Boliviyada xalq 4 yaşlı uşağı zorladıqdan sonra öldürdüyü iddia edilən şübhəlini polisin əlindən alıb.
Azərbaycanda qanunsuz siqaret istehsal edilir
"Azəri korporasiyası" MMC heç bir hüquqi sənədi olmadan "Pramida" adlı siqaret istehsal edir. Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
İlham Əliyev üç milyon manat ayırdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev bir qrup şəxsi təltif etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Bolqarıstan və Moldovanın yeni seçilmiş prezidentlərini təbrik edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar
Noyabrın 15-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində Nazirliyin Aran Regional İnkişaf Mərkəzində yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilib. Tədbir çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Pilot Regional İnkişaf Proqramının (PRİP) təqdimatı keçirilib, regionlarda istehsal olunan ixrac yönümlü məhsulların sərgisi təşkil edilib.
Gələn ilin büdcə zərfi MM təqdim olundu
“2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi artıq Milli Məclisə daxil olub. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Milli Məclis rəsmisi bildirib ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi bu günlərdə parlament komitələrinin müzakirəsinə çıxarılacaq: “Yaxın gülərdə Milli Məclisin komitələrində müzakirəyə çıxarılacaq gələn ilin büdcə layihəsi müsbət rəylər aldıqdan sonra plenar iclasa tövsiyə olunacaq”.
MM: “AP ilə əlaqələrin bərpası anti-Azərbaycan dairələri narahat edir”
“Son dövrlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması və müsbət dinamika qazanması AP daxilində bəzi qüvvələri və bir sıra anti-Azərbaycan dairələrini narahat edir.
ANS ÇM-dən xəbər var
Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS ÇM Yayım və Media" Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından şikayətinə baxılıb. Olaylar.az APA-ya istinadən bildirir ki, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarı qüvvədə saxlanıb, "ANS ÇM Yayım və Media" Şirkətinin şikayəti təmin edilməyib.














